t s

» » Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu

26-06-2020, 15:35 Yazar:  Səxavət İsmayıl Baxılıb: 174 Çap et
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Bu gün Ağstafa rayonunda Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü qeyd edildi. Bu münasibətlə ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər keçirilib.

Ağstafa Rayon İcra hakimiyyətinin başçısı cənab Seymur Orucov, rayonun hüququ-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə Qırılı kəndi ərazisində “N” saylı hərbi hissədə geniş tədbirdə iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi hissə komandiri tribunadan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanlandığı təbrik məktubunu oxuyub. Ağstafa Rayon İcra hakimiyyətinin başçısı öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb. Həmçinin, Ağstafa rayonu ərazisində müasir hərbi şəhərciklər salındığı qeyd edilib.

Tədbirdə hərbi hissənin bir qrup zabit, gizir, çavuş və əsgərləri, eləcə də mülki işçiləri müvafiq diplomlarla təltif olundular. Bayram tədbiri konsert proqramı ilə davam etdirildi.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:01 Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub Bu gün ölkəmizdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu sahədə çalışan insanlar
16:34 Prezident onlara rütbə verdi - 3 sərəncam Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi
22:33 Ümummilli Lider Heydər Əliyevin 96-cı ildönüm yubileyi və 9 May faşizm üzərində "Qələbə"nin 74-cü ildönümü münasibətilə Ağstafada silsilə tədbirlər davam edir İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Ağstafada təntənəli mərasim keçirilib Mediaxeberleri.az xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə
13:10 Qırılı kəndində vətəndaşlarla görüş keçirildi Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə Qırılı kənd sakinləri ilə görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Sonra İcra başçısı
20:53 Vasif Talıbov və Zakir Həsənov Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimini izləyib Bu gün Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az