t s

» » Bəhram Bağırzadənin həkimi: “Səhhətində yaxşılaşma qeyd edilir”

Bəhram Bağırzadənin həkimi: “Səhhətində yaxşılaşma qeyd edilir”

26-06-2020, 11:34 Yazar:  Arif Baxılıb: 510 Çap et
Bəhram Bağırzadənin həkimi: “Səhhətində yaxşılaşma qeyd edilir”
“Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır”.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

Onun sözlərinə görə, o, əvvəlki kimi ağciyərlərin süni ventilyasiya aparatına və EKMO cihazına qoşulu vəziyyətdədir: “Lakin son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərində müəyyən yaxşılaşma qeyd edilir”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:33 Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...” “Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalsa da, son iki gün içərisində ağciyər toxumasında yenidən havalanma görülüb”. Bunu Mediaxeberleri.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris
16:03 Bəhram Bağırzadənin vəziyyəti yaxşılaşır? - Həkimdən açıqlama “Bəhram Bağırzadənin EKMO cihazına bağlandıqdan sonra son 24 saat içərisində dinamikasında az da olsa stabillik, hətta müsbət gedişat olduğunu deyə bilərəm”. Mediaxeberleri.az bildirir ki, bunu APA-ya açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi
11:57 “Bəhram Bağırzadənin müalicəsi ilə bağlı avropalı mütəxəssislərlə müzakirə aparırıq“ "Bəhram Bağırzadənin vəziyyəti hazırda stabildir". Mediaxeberleri.az xəbər verir ki, bunu APA-ya açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib. R.Mahmudov
18:16 Bəhram Bağırzadə ilə bağlı xəstəxanadan açıqlama: “Ağciyər toxumasının 90 faizdən çoxu zədələnib“ Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə "Report"a Mərkəz Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanlı
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az