t s

» » Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”

26-06-2020, 11:33 Yazar:  Samir Baxılıb: 349 Çap et
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”“Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalsa da, son iki gün içərisində ağciyər toxumasında yenidən havalanma görülüb”.

Bunu Mediaxeberleri.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsinin başlanıldığı ilk 10 gün ərzində heç bir müsbət irəliləyiş olmayıb:

“O, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi. Ağciyərlərin vəziyyəti onsuz da yaxşı deyildi, hətta deyərdim ki, ilk 10 gün ərzində ağciyərlər toxumalarının qalan 10 faizinin də fəaliyyəti müşahidə edilmirdi. Bütün ağciyərin tamam zədələnmiş formada olmasına baxmayaraq, son iki gün ərzində ağciyər toxumasında yenidən havalanmanın müşahidə edilməsi bizi sevindirdi. Artıq həkimlər üçün yeni bir ümid var. Əlimizdən gələni edirik ki, qarşıdakı günlərdə daha yaxşı reaksiyalar alaq”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:34 Bəhram Bağırzadənin həkimi: “Səhhətində yaxşılaşma qeyd edilir” “Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır”. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib. Onun sözlərinə görə, o, əvvəlki kimi ağciyərlərin süni ventilyasiya aparatına və EKMO cihazına qoşulu
16:03 Bəhram Bağırzadənin vəziyyəti yaxşılaşır? - Həkimdən açıqlama “Bəhram Bağırzadənin EKMO cihazına bağlandıqdan sonra son 24 saat içərisində dinamikasında az da olsa stabillik, hətta müsbət gedişat olduğunu deyə bilərəm”. Mediaxeberleri.az bildirir ki, bunu APA-ya açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi
11:57 “Bəhram Bağırzadənin müalicəsi ilə bağlı avropalı mütəxəssislərlə müzakirə aparırıq“ "Bəhram Bağırzadənin vəziyyəti hazırda stabildir". Mediaxeberleri.az xəbər verir ki, bunu APA-ya açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib. R.Mahmudov
18:16 Bəhram Bağırzadə ilə bağlı xəstəxanadan açıqlama: “Ağciyər toxumasının 90 faizdən çoxu zədələnib“ Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə "Report"a Mərkəz Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanlı
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az