t s

» » Dünya Bankı ilə Azərbaycan arasında kredit sazişi imzalanıb

Dünya Bankı ilə Azərbaycan arasında kredit sazişi imzalanıb

25-06-2020, 18:23 Yazar:  Samir Baxılıb: 184 Çap et
Dünya Bankı ilə Azərbaycan arasında kredit sazişi imzalanıb
Dünya Bankı və Azərbaycan hökuməti arasında ölkədə özünüməşğulluq proqramının genişləndirilməsində bankla əməkdaşlığı nəzərdə tutan "Məşğulluğa Dəstək Layihəsi" üzrə kredit sazişi imzalanıb. Kreditin məbləği 100 mln ABŞ dolları təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, mühüm sosial-iqtisadi önəm kəsb edən bu layihənin hazırlanması və imzalanması Prezident İlham Əliyevin 2019-cu ilin 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşü zamanı özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair əldə olunmuş razılığın nəticəsidir.

Layihə ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və həssas qruplardan olan digər şəxslərin bu proqrama cəlb edilərək onlar üçün Dünya Bankının vəsaitləri hesabına kiçik bizneslərin yaradılmasıdır.

2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Onlara ilk növbədə "Öz biznesini başlat və təkmilləşdir" adlı təlimlərdə kiçik biznesə başlamaq üçün müvafiq bilik və bacarıqlar öyrədiləcək. Sonra isə həmin şəxslərin natura formasında aktivlərlə təmin olunmaqla kiçik müəssisələrinin yaradılması və kiçik biznesə yiyələnmələri təmin olunacaq.

Qeyd edilən 22 min şəxsdən 2 min nəfərinin 2020-ci il üzrə təlimlərə cəlb edilməsi və aktivlərlə təminatı planlaşdırılır. Ümumilikdə isə bu göstərici də daxil olmaqla, 2020-ci il ərzində Azərbaycanda 12 min nəfərin özünüməşğuluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılacaq. Layihənin sonrakı dörd ilinin hər birində 5 min şəxsin proqrama cəlbi planlaşdırılır.

Layihədə özünüməşğuluq proqramının icrası sahəsində innovativ həll yollarının tətbiqi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi, ünvanlı sosial yardımdan özünüməşğulluğa keçid strategiyasının hazırlanması da nəzərdə tutulur. Eyni zamanda, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi (o cümlədən əmək bazarının qiymətləndirilməsi, Peşə Təlim Mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı strategiyanın hazırlanması, işaxtaranların məlumatlandırılması və s.), layihənin idarə edilməsi, monitorinq və qiymətləndirilməsi də layihənin əsas komponentləridir.

Qeyd edək ki, cari ilin aprel ayında Dünya Bankı Azərbaycana məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln dollar ayrılmağı qərarı qəbul edib. Beş il müddətində həyata keçiriləcək layihə həm Azərbaycanda, həm də gəlir qrupları və cinslər arasında kənd və şəhər arasındakı fərqlərin aradan qaldırılmasına öz töhfəsini verəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:55 İşsizlərin özünüməşğulluğunun təşkili qaydası müəyyənləşdi Nazirlər Kabineti “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Ümumi müddəalar 1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz
01:42 Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatlar ölkə həyatının bütün sahələri kimi, məhkəmə-hüquq sistemini də əhatə edir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun AZƏRTAC-a təqdim etdiyi məqalədə son 16 ildə məhkəmə
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az