t s

» » Qənirə Paşayeva əsgərləri təbrik edib

Qənirə Paşayeva əsgərləri təbrik edib

16-07-2015, 18:45 Yazar:  Aygün Baxılıb: 384 Çap et
Qənirə Paşayeva əsgərləri təbrik edibMillət vəkili Qənirə Paşayeva, Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan Ramazan bayram münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər.


Mediaxeberleri.az
-a daxil olan məlumata görə, Ramazan ayının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir əsgər və hərbçilərimizə dualarına çatmalarını diləyib. Millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır.

Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslana Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər.

Azərbaycan əsgərinin formasını geyinən Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan “bu həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayam, onun bir əsgəriyəm və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuram” deyib və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətirib.


Qənirə Paşayeva əsgərləri təbrik edib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:33 3 kürd millət vəkili and içmədi Millət vəkilləri müxtəlif səbəblərdən mərasimə gələ bilməyib Ötən gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 25-ci çağırış millət vəkilləri and içərək vəzifələrinin icrasına başlayıblar. ANS PRESS-in məlumatına görə, sadəcə Xalqın Demokratiya Partiyasının (HDP) üzvü olan 3 kürd millət vəkili and
16:59 Millət vəkili və JEM təmsilçiləri düşmənlə təmas xəttində əsgərlərlə görüşdü Jurnalist Ekspert Mərkəzinin (JEM) “Diqqət, düşmən mətbuatıdır” adlı layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihənin növbəti mərhələsində JEM təmsilçiləri iyunun 5-6-da cəbhə bölgəsinə səfər ediblər. Tovuz və Qazax
23:46 Beyləqanda N saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib - FOTO Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü münasibətilə Beyləqan rayonunda
21:57 Qənirə Paşayeva: Bütün dəyərli müəllimlərin qarşısında baş əyirəm “Müəllim sözü dünyada ən müqəddəs sözlərdən biridir”. Milli Məclisin deputatı Qənirə Paşayeva həmkarı, sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin müəllimlərlə bağlı səs-küylü açıqlamasından sonra bu peşə sahibləri ilə bağlı status yazıb. Mediaxeberleri.az xəbər verir ki, şəxsi facebook
02:10 Qənirə Paşayeva Türkiyədən Ermənistana mesaj göndərdi – VİDEO Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Haber Türk”ün qonağı olub. “A24.az” xəbər verir ki, Q.Paşayeva televiziya efirindən Xocalı soyqırımı ilə bağlı məlumat verib, ermənilərin dinc azərbaycanlılara qarşı tətbiq etdikləri dəhşətli vəhşilikdən danışıb. Millət vəkili qeyd edib ki, Ermənistan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az