t s

» » Koronavirusa yoluxan arvadını 5-ci mərtəbədən atdı

Koronavirusa yoluxan arvadını 5-ci mərtəbədən atdı

25-06-2020, 09:19 Yazar:  Samir Baxılıb: 541 Çap et
Koronavirusa yoluxan arvadını 5-ci mərtəbədən atdı
COVID-19 pandemiyası ailə-məişət zəminində də ciddi fəsadlara səbəb olur.

Misir paytaxtında bir kişi virusa yoluxmuş həyat yoldaşını yaşadığı binanın beşinci mərtəbəsinin balkonundan aşağı atıb. Xoşbəxtlikdən qadın sağ qalıb və Qahirənin Ain Şəms Universitetinin xəstəxanasında əməliyyat olunub. Həkimlər COVID-19-a yoluxmuş və aşağı ətraflarında sınıqlar olan qadının karantin şəraitində müalicə olunacağını bildiriblər. Cinayəti törədən ər isə həbs olunub və müstəntiq xəstəxanada yatan zərərçəkənin ifadəsini aldıqdan sonra işi məhkəməyə göndərəcək. Müttəhim ifadəsində bildirib ki, o, arvadından evi tərk etməsini tələb edib, rədd cavabı aldıqda isə onu balkondan aşağı atıb.

Yerli psixoloqlar bu hadisəni şərh edərək qeyd ediblər ki, COVID-19 pandemiyası təkcə Misirdə deyil, bütün dünyada insanların psixi vəziyyətinə zərbə vurub. Psixoloq Nərmin Geyid vurğulayıb ki, parklara, əyləncə məkanlarına, ticarət mərkəzlərinə getməkdən məhrum olan, habelə maddi çətinliklərlə üzləşən insanlar mənfi enerjisini ailə-məişət zəminində reallaşdırır.

Bu arada, Misirin Səhiyyə Nazirliyi son sutka ərzində daha 1420 nəfərin COVID-19-a yoluxduğunu, ümumi yoluxma hallarının isə 60 minə çatdığını bildirib. Əlavə edilib ki, iyunun 24-də yeni növ koronavirusdan 85 nəfər vəfat edib, həyatını itirənlərin sayı isə 2450-yə çatıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:14 "KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK" - "Azərbaycanda ikinci dalğa yaşanır" "Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək". Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Ramin Bayramlı deyib ki, dünyada sərt karantin rejimi əvəzinə
13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
11:42 Teymur Qafarov: Psixiatrlar “dəli həkimi” deyil - MÜSAHİBƏ Cəmiyyət olaraq aqressiv yanaşmalardan, kəskin və sərt münasibətlərdən şikayətlənirik. İnsanların əsəbləri müxtəlif səbəblərdən gərgin olur. Psixoloji gərginlik zəif iradəli insanları intihara, hətta cinayətə sürükləyə bilər. Bəs bütün bu gərginliklərdən uzaq qalmaq üçün nə etmək lazımdır? İnsan
21:59 Yalançı istintaqa qurban gedən ziyalı - HÜSEYNƏLİ SÜLEYMAN OĞLU BİLƏNDƏRLİ Mediaxeberleri.az akademik Ziya Bünyadovun repressiya qurbanı Hüseynəli Süleyman oğlu Biləndərli ilə bağlı olan yazısını təqdim edir. Yazı istintaq materialları əsasında hazırlanıb: İstintaq işi № 12493 1937-ci il yanvann 26-da 12493 nömrəli iş üzrə ittiham olunan müttə­himlərdən B.N.Tixomirovun

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az