t s

» » Prezident son nöqtəni qoydu: Koronavirus yoxa çıxmayacaq...

Prezident son nöqtəni qoydu: Koronavirus yoxa çıxmayacaq...

24-06-2020, 21:16 Yazar:  Samir Baxılıb: 1867 Çap et
Prezident son nöqtəni qoydu: Koronavirus yoxa çıxmayacaq...
Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq.

Bunu Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

"Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir.

Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın"
, - İ.Əliyev söyləyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:11 Samuxun Qaraağaclı kəndində aqroparkın təqdimatı olub, taxıl biçininə və qarğıdalı səpininə start verilib İyunun 24-də Samux rayonunun Qaraağaclı kəndində “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatı olub, buğda biçininə və qarğıdalı səpininə start verilib. Bu barədə AZƏRTAC məlumat yayıb.
19:04 İcra başçısı Aqro Parkdakı mövcud vəziyyətlə tanış olub Son illər ölkəmizdə həyata keçirilən uğurlu islahatların, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, həm dövlətimiz sosial-iqtisadi cəhətdən inkişaf etdirilir, həm də iqtisadiyyatın neft amilindən asılılığı azaldılır. Dövlət başçısı cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
13:44 “İki” nin iki təqdimatı keçirilib Gülnarə İsrafilin “İki” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatında nəşr olunub. 120 səhifədən ibarət şeir toplusunda şairin son illər qələmə aldığı əsərlər işıq üzü görüb. Fevralın 24 Bakı şəhər “Milli hüquq evi”-də, 3 mart tarixində isə Gəncə şəhər, “Uğur kitab evi”-də təqdimat və imza günü
13:32 Goranboyun icra başçısı 18 milyon manatı hara xərcləyib? İlginc faktlar - ARAŞDIRMA Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib? Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər tendersiz xərclənib, rayonda 5 il ərzində eyni işlər təkrar-təkrar “görülüb” Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən "Bizim Yol" qəzetinin araşdırmasında Goranboy rayon

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az