t s

» » “Bəhram Bağırzadənin müalicəsi ilə bağlı avropalı mütəxəssislərlə müzakirə aparırıq“

“Bəhram Bağırzadənin müalicəsi ilə bağlı avropalı mütəxəssislərlə müzakirə aparırıq“

15-06-2020, 11:57 Yazar:  Samir Baxılıb: 712 Çap et
“Bəhram Bağırzadənin müalicəsi ilə bağlı avropalı mütəxəssislərlə müzakirə aparırıq“"Bəhram Bağırzadənin vəziyyəti hazırda stabildir".

Mediaxeberleri.az xəbər verir ki, bunu APA-ya açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

R.Mahmudov B.Bağırzadəyə ağciyər köçürülməsinin zəruriliyi, eləcə də müalicə üçün xaricə göndərilə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.

"Hələ ki, agciyər tranplantasiyasından söhbət gedə bilməz. Hər hansı ölkəyə transferi də gündəmdə deyil. Davamlı olaraq İtaliya başda olmaqla, avropalı mütəxəssislərlə müzakirə aparırıq", - deyə R. Mahmudov qeyd edib.

O, bununla belə, Əməkdar artistin kritik agır vəziyyətinin hansı yönə gedəcəyi ilə əlaqəli məsələ haqda fikir söyləməyin hələ tez olduğunu bildirib.

R.Mahmudov B.Bağırzadənin EKMO altında intensiv müalicəsinin davam etdiyini deyib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:16 Bəhram Bağırzadə ilə bağlı xəstəxanadan açıqlama: “Ağciyər toxumasının 90 faizdən çoxu zədələnib“ Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə "Report"a Mərkəz Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanlı
10:23 Prezidentə yazırlar: “Xalqımız Sizin yanınızdadır” - MƏKTUBLAR Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizə öz səmərəsini verir. Buna görə də, əhali Prezident İlham Əliyevə minnətdrlıq məktubları ünvanlayır. Həmin müraciətlərin bir qismini təqdim edirik. Mingəçevirdən Baloğlan Allahyarov yazır: “Möhtərəm cənab Prezident, hörmətli
17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az