t s

» » Əməkdar artist Teymur Mustafayevin dəfnindən danışdı – “Nə çay verdilər, nə çörək…”

Əməkdar artist Teymur Mustafayevin dəfnindən danışdı – “Nə çay verdilər, nə çörək…”

13-06-2020, 15:05 Yazar:  Samir Baxılıb: 496 Çap et
Əməkdar artist Teymur Mustafayevin dəfnindən danışdı – “Nə çay verdilər, nə çörək…”TƏBİB bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti Teymur Mustafayevin koronavirusdan öldüyünü bildirsə də, ailə üzvləri və sənət dostu Yusif Mustafayev onun şəkərli diabetdən həyatını itirdiyini deyib. Yusif Mustafayev mətbuata verdiyi açıqlamada koronavirusdan öldüyü iddia olunan xanəndənin ailə üzvlərindən heç kimin COVID-19 testi olmadığını bildirib.

Mediaxeberleri.az-a danışan Əməkdar artist Yusif Mustafayev COVİD-19 testi vermədiyini, mərhum Xalq artistinin dəfn mərasiminin qaydalara uyğun şəkildə keçirildiyini bildirib:

“Dünən mən gedib dəfndə iştirak etdim. Heç xəbərim yox idi. Mənə zəng etdilər, dedilər ki, Yusif, vəziyyət budur. Mən də ondan sonra yola düşdüm, getdik, 15 dəqiqəyə dəfn edib qayıtdıq. Dəfn mərasimində də bütün qaydalara riayət olunurdu. Hamı sosial məsafəni saxlayırdı. Gələnlər də gəldi həyətə girib, başsağlığı verib çıxdılar. Nə çay, nə çörək verildi, mərasimdən sonra da hamı dağılışıb getdi”.

Sənətçi T.Mustafayevlə ölümündən əvvəl görüşmədiyini deyib:

“Dəfndən əvvəl, tövbə görüşməmişik. Üç balam var, onların canı üçün görüşməmişik. Teymur müəllimin xəstə olduğunu bilmirdim. Məndən soruşdular ki, Teymur müəllim rəhmətə gedib? Dedim vallah, bilmirəm. Oğluna zəng etdim, götürmədi, öz nömrəsinə zəng çatmırdı, ora-bura zəng etdim, maraqlandım, axırda öyrəndim ki, dünyasını dəyişib. Görüşə bilmədik heç. Dedilər ki, yeni klinikada olub, sonra ordan morqa gətiriblər, daha sonra da qaydalara uyğun şəkildə yumuşdular, sonra da dəfn elədilər. Biz də dəfnə getdik uzaqdan dayandıq. Dünən saat üçdə artıq Bakıda idim, qayıtmışdım. Onu nəvəsi yazıb ki, şəkərdən rəhmətə gedib. Uşaqdır, nə bilir ki… TƏBİB deyirsə koronavirusdur, deməli elədir. O boyda həkimlər müəyinə ediblər biliblər. Yalandan deməyəcəklər ki, koronavirusdur? Olub ki, deyiblər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az