t s

» » “Əbülfəs Qarayevin qapısına getdim...” – Aktyordan ittihamlar

“Əbülfəs Qarayevin qapısına getdim...” – Aktyordan ittihamlar

9-06-2020, 08:08 Yazar:  Samir Baxılıb: 711 Çap et
“Əbülfəs Qarayevin qapısına getdim...” – Aktyordan ittihamlar“Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayev, efir vasitəsi ilə üzümü tuturam sənə, bəsdir teatrın, aktyorların qanını içdin!”

Bu sözləri Əməkdar artist Çingiz Əhmədov ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramda ekspert qismində iştirak edərkən deyib.

Sənətçi teatrda baş verən özbaşınalıqlara üsyan edib, Əliqismət Lalayevin ünvanına kəskin ittihamlar səsləndirib: “5-6 il o, teatra yaxşı direktorluq etdi. Amma sonra teatra, aktyorlara diqqət yetirməkdənsə, bu diqqəti özünü həsr etdi, özü ilə oynayır. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova, deyirsiz ki, mən 2008-ci ildə prezident mükafatı almışam. Ə.Lalayevin bundan xəbəri olmayıb. Zamanında nazirin (keçmiş Mədəniyyət Naziri Əbülfəz Qarayev – red.) qapısına gedib, o mükafatı almışam. 2012-ci ildə Ə.Lalayevin xəbəri olmadan Əməkdar artist fəxri adına layiq görülmüşəm. Bunun üçün yenə də nazirin qapısını döymüşəm. 18-ə yaxın mükafat almışamsa, yenə də Ə.Lalayevin onlardan xəbəri olmayıb.

Ə.Lalayev son zamanlar aktyorların maaşını kəsir. Aktyor bir gün işə gecikəndə onun maaşından 30 manat pul tutur. Həmin 30 manatları yığıb cibinə qoyur. Bütün teatr direktorlarını ayağa qaldırıb demişəm ki, siz aktyorların maaşını tutursuz? Deyirlər ki, bu, cinayətdir.

Teatrda heç kim başını qaldırıb söz deyə bilmir. Kimsə Ə.Lalayev barədə nəsə xoşagəlməz bir söz deyəndə aparıb qoyurlar onun ovucuna. Belə hegemonluq etmək olmaz. Teatrın direktor müavini Vəfa xanıma Ə.Lalayev səlahiyyət verib ki, bax gör hansı aktyor məşqə gəlməyib, onun məvacibindən pul kəsəcəyəm. Novruz Qartalın 74 yaşı var, 400 manata kirayədə qalır. Üç nəvəsi var. Ə.Lalayev 81 yaşlı aktyora mükafat yazır, amma Novruza yazmır. Emil Heydərov rus bölməsinin aparıcı aktyorudur, ona da heç bir mükafat vermir. İllərlə bu teatrda çalışan aktyorlara mükafat vermir.

2019-cu ildə Ə.Lalayev dedi ki, mənim, Afaq Bəşirıqızının, İlham Namiq Kamalın adına kassadan bilet alırlar. Əgər mənim adıma tamaşaçılar bilet alırlarsa, bəs niyə mənə hörmətsizlik edirsən?”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
12:54 "Afaq Bəşirqızı bir neçə sənətçi ilə ağız-ağıza verib, qan-qaraçılıq yaradır" [medium=left]http://mediaxeberleri.az/uploads/posts/2019-10/1571818488_afaq.jpg[/medium]Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransını boykot edərək zalı tərk edib. Xalq artisti konfransda özünü görmədiyini və Azərbaycan
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az