t s

» » Azərbaycanda koronavirusdan daha çox bu insanlar ölür - Rəsmi

Azərbaycanda koronavirusdan daha çox bu insanlar ölür - Rəsmi

7-06-2020, 15:10 Yazar:  Samir Baxılıb: 152 Çap et
Azərbaycanda koronavirusdan daha çox bu insanlar ölür - RəsmiAzərbaycanda COVİD-19-a yoluxmanın pik həddi 379 nəfərlə 6 iyunda qeydə alınıb.

Mediaxeberleri.az xəbər verir ki, ən az virus koronavirusun ilk aşkarlandığı gün 29 fevralda olub.

Həftələr üzrə yoluxma dinamikasına gəldikdə:

- 27 aprel-3 mayda 287 nəfər yoluxub, 302 nəfər sağalıb, 4 nəfər vəfat edib;

- 4 may-10 mayda 587 nəfər yoluxub, 209 nəfər sağalıb, 7 nəfər vəfat edib;

- 11 may-17 mayda 755 nəfər yoxubu, 365 nəfər sağalıb,7 nəfər vəfat edib;

- 18 may-24 mayda 848 nəfər yoluxub, 592 nəfər sağalıb, 10 nəfər vəfat edib;

- 25 may-31mayda 1372 nəfər yoluxub,821 nəfər sağalıb, 14 nəfər vəfat edib;

- 1 iyun-7 iyunda 1366 nəfər yoluxub, 443 nəfər sağalıb, 19 nəfər vəfat edib.

Yoluxanlardan 0-9 yaş arasında olanlar 5 faiz, 10-19 yaş arasında olanlar 6 faiz, 20-29 yaş arasında olanlar 14 faiz, 30-39 yaş arasında olanlar 18 faiz, 40-49 yaş arasında olanlar 15 faiz, 50-59 yaş arasında olanlar 21 faiz, 60-69 yaş arasında olanlar 16 faiz, 70-79 yaş arasında olanlar 4 faiz, 80 yaş və daha yuxarı yaşda olanlar 2 faiz təşkil edir.

Vəfat edənlərin yaş qrupuna gəldikdə, onlardan 1 faizi (1 nəfər) 30-39 yaşlarında, 6 faizi (5 nəfər) 40-49 yaşlarında, 18 faizi (15 nəfər) 50-59 yaşlarında, 43 faizi (35 nəfər) 60-69 yaşlarında, 23 faizi (19 nəfər) 70-79 yaşlarında, 9 faizi (7 nəfər) 80 və yuxarı yaşda olan xəstələrdir.

Ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.

Qeyd edək ki, bugünədək Azərbaycanda 7239 nəfərdə COVİD-19 virus aşkarlanıb. Onlardan 4024 nəfəri sağalıb, 84 nəfəri vəfat edib. Hazırda xüsusi rejimli xəstəxanalarda 3131 xəstə müalicə alır. Xəstələrin 113 nəfəri reanimasiyadadır, 20 nəfəri süni tənəffüs aparatına qoşulub. İndiyədək ölkəmizdə 334.863 test aparılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:14 "KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK" - "Azərbaycanda ikinci dalğa yaşanır" "Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək". Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Ramin Bayramlı deyib ki, dünyada sərt karantin rejimi əvəzinə
10:12 Peyvəndlər haqda TÖVSİYƏLƏR Pandemiya dövründə əsas məqamlardan biri də hamilələr, yenidoğulmuşlar, süd verən analar, körpələrin virusdan qorunması, yoluxma riskinin minimuma endirilməsi ilə bağlıdır. Bununla bağlı günümüzdə bir çox suallar səslənir. Hamilələr virusa yoluxarsa, nə etmək lazımdır? COVİD-19-a yoluxmuş hamilə
11:35 İsti hava həqiqətən Covid-19-u öldürəcəkmi? – BBC radiosunun araşdırması Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır. BBC Future bu barədə bildiklərimizə nəzər salır. Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq,
17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
13:06 MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar... Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır: Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az