t s

» » Aygün Kazımova: “Namiq mənə zəng edə bilməz, qara siyahıdadır”

Aygün Kazımova: “Namiq mənə zəng edə bilməz, qara siyahıdadır”

7-06-2020, 12:17 Yazar:  Samir Baxılıb: 124 Çap et
Aygün Kazımova: “Namiq mənə zəng edə bilməz, qara siyahıdadır”“Karantin müddətində evdə oturdum və özümə söz verdim, elə gözəlləşəcəyəm ki, hamının ağlını başından alım”.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Xəzər” telekanalında yayımlanan “Fəlidən doğru xəbər” gecə şousunda qonaq olarkən deyib.

Sənətçi onunla qalmaqal edən həmkarlarına əvvəllər cavab versə də, indi isə susmağa üstünlük verdiyi söyləyib:

“Əvvəllər onlar məni əsəbiləşdirirdilər. Cavab verirdim. Cavab verəndə isə aləm dəyirdi bir-birinə. İndi isə cavab vermirəm. Cavab verməyəndə isə onların söylədikləri elə özlərində qalır. Onları susmağımla cəzalandırıram”.

Verilişin aparıcısı Fəlinin (Elşən Cəfərovun) “Sizə məşhurlardan kim zəng etsə, telefonun dəstəyini özünüz yox, menecerinizin qaldırmağını istəyərsiz?” sualına pop diva belə cavab verib:

“Telefonuma nadir hallarda kimsə zəng edir. Çünki nadir hallarda telefonla danışıram. Misal üçün, Namiq Qaraçuxurlu mənə zəng edə bilməz. Çünki onu qara siyahıya atmışam”.

Verilişin gedişatında A.Kazımova illər öncə AzTV-dəki bir çox çıxışlarının montaj edilərək efirdən çıxarıldığını açıqlayıb:

“Əvvələr bir tək televiziyamız var idi. O da ki AzTV. AzTV-dəki çıxışlarımı montaj edib, efirə vermirdilər. Nəinki sözlərimi, bütün çıxışımı kəsib efirdən çıxarırdılar ”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az