t s

» » ŞOK QANUN GƏLİR: evlənməyən, çox sevişən, uşağı olmayan VERGİ ÖDƏYƏCƏK…

ŞOK QANUN GƏLİR: evlənməyən, çox sevişən, uşağı olmayan VERGİ ÖDƏYƏCƏK…

1-06-2020, 08:53 Yazar:  Samir Baxılıb: 203 Çap et
ŞOK QANUN GƏLİR: evlənməyən, çox sevişən, uşağı olmayan VERGİ ÖDƏYƏCƏK…Mediaxeberleri.az Publika.az-a istinadən xəbər verir ki,Türkiyənin Ədalət və İnkişaf Partiyası prezident Rəcəb Tayyib Ərdoğanın “evlənməyib evdə qalırlar” deyərək tənqid etdiyi gənclərə sanksiya tətbiq etməyə qərar verib. Bunun üçün xüsusi təklif hazırlanıb. Qanun millət vəkilləri tərəfindən qəbul edilsə, 30 yaşdan sonra evlənməyənlər mərhələli şəkildə artan vergi sisteminə təhkim olunacaq.
Məsələ ilə bağlı açıqlama verən rəsmi prezidentin çox əhəmiyyətli məsələyə toxunduğunu deyib: “Elə bil, qanayan yaramızdır bu məsələ. Gənclərimiz gəzib-tozmaq xəyalında ikən evlənmək yadlarına düşmür. Yadlarına düşəndə isə iş işdən keçmiş olur. Evdə qalırlar. Evdə qalan insan isə həm ailəsinə, həm də topluma yükdür. Atsan, atılmaz, satsan, satılmazlar. Psixologiyaları da pozulur. Əşya, saxsı kimi nəyisə gözləyirlər. Onların çoxu tənbəl və işsizdir. İşləmədiklərinə görə, dövlətə də vergi vermirlər. Bu da bizim üçün ağır yükə çevrilir”.
Rəsmi eyni zamanda qeyd edib ki, evlənib uşaq sahibi olmayanlara da vergi tətbiq olunacaq: “Onsuz da, yaşınız keçib. Ombanız qazan kimi olub. “Üzümün sapı, armudun çöpü” deməyəcəksən. Bəyənən insana da gedəcəksən. Sən arxasınca düşmüsən, qardaşım? 30 yaşını keçən hər kəs evlənəcək, ya da vergisini ödəyəcək. Cütlüklər sevişir, amma buna rəğmən, uşaq olmursa, o zaman vergi tətbiq olunmayacaq. Ancaq onların bizi doğru şəkildə sevişdiklərinə inandırmaları şərtdir. Tez-tez sevişənlərdən də vergi alacağıq. Amma vətəndaşlarımızı heç nəyə məcbur etməyəcəyik. İstəyən qaydalara boyun əyəcək, istəməyən vergisini ödəyəcək. Nəticədə, ölkəmizdə demokratiya var”.
Qeyd edək ki, saytda dərc olunan yazı, xəbər və bu kimi materialların reallığı əks etdirmədiyi bildirilir. Buna baxmayaraq, xəbər Türkiyənin sosial platformasında geniş müzakirəyə çıxarılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az