t s

» » "Futbol heç vaxt əvvəlki kimi olmayacaq" - Lionel Messi

"Futbol heç vaxt əvvəlki kimi olmayacaq" - Lionel Messi

31-05-2020, 22:25 Yazar:  Səxavət İsmayıl Baxılıb: 423 Çap et
"Futbol heç vaxt əvvəlki kimi olmayacaq" - Lionel Messi"Çoxumuz baş verənlərdən sonra dünyanın necə olacağını bilmirik. Vəziyyətin bizi təəccübləndirməsindən başqa, bir çoxları çətin günlər keçirdi. Çünki bu, hər kəsə müəyyən dərəcədə təsir edib".

Mediaxeberleri.az-ın məlumatına görə, bu fikirləri İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi "El Pais" nəşrinə açıqlamasında koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

33 yaşlı hücumçu insanların öz qohumlarını, dostlarını itirdiyini və onlarla normal şəkildə vidalaşa bilmədiklərini vurğulayıb. Argentinalı hücumçunun sözlərinə görə, sevdiklərini itirməkdən daha pis şey yoxdur: "Məncə, bu, çox ədalətsizdir. Futbol bütün həyat kimi heç vaxt əvvəlki kimi olmayacaq".

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:42 “Barselona"-dan darmadağın Futbol üzrə İspaniya La Liqasının XI turunun ikinci qarşılaşmasında “Barselona” doğma meydanda “Valyadolid”i qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, gözlənildiyi kimi, görüşə meydan sahibləri fəal başlayıblar. Artıq 2-ci dəqiqədə Kataloniya klubunun müdafiəçisi Lenqle hesabı açıb – 1:0.
20:55 Messi öz adına park açır “Barselona ”nın hücumçusu Lionel Messi öz adına park açmağa qərara gəlib. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə “Independent ” nəşri yazır. Çində salınacaq “Messi Experience Park”ın açılışı 2019-cu ilə nəzərdə tutulub. Parkda 20 atraksion olacaq. Bundan əlavə parkın ərazisində
19:46 İlin ən yaxşı futbolçusu adına üç namizəd 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlər siyasında argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldu və fransız Antuan Qrizmannın adları yer alıb. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) saytında məlumat verilir.
08:01 Messi məşqlərə başladı "Barselona"nın futbolçusu Lionel Messi məşqlərə başlayıb. Mediaxeberleri.az-ın məlumatına görə, argentinalı hücumçu komanda ilə ümumi məşqlərə başlayıb. Onun La Liqada "Selta"ya qarşı matça kimi hazır olacağı gözlənilir. Qeyd edək ki, L.Messi böyrəyində daş olduğu üçün əməliyyat olunmuşdu. Bu
09:07 Lionel Messi 3 dəqiqəyə iki qol vurdu. Oyunun qəhrəmanı Lionel Messi oldu. Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyununda “Barselona” (İspaniya) öz meydanında Almaniya “Bavariya”sını darmadağın edib, 3:0. Mediaxeberleri.az xəbər verir ki, hər üç qol oyunun ikinci hissəsində vurulub. İlk 45 dəqiqə meydan sahiblərinin tam

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az