t s

» » Gülgün Kərimov üçün – ÖZƏL GÜN

Gülgün Kərimov üçün – ÖZƏL GÜN

30-05-2020, 20:46 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 219 Çap et
Gülgün Kərimov üçün – ÖZƏL GÜN
Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimovun ad günüdür.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov başda olmaqla Regional İdarənin bütün kollektivi adından Gülgün müəllimi səmimi qəlbdən təbrik edib, şəxsi və iş həyatında ona böyük uğurlar və müvəffəqiyyətlər arzulayırlar.

Kərimov Gülgün Kərim oğlu 1959-cu il may ayının 30-da Qazax rayon Poylu kəndində anadan olub. 1966-cı ildə Poylu kənd orta məktəbinin I sinfinə getmiş, 1976-cı ildə Poylu kənd orta məktəbini bitirmiş, 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş, 1980-ci ildə institutu bitirmiş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir. 1982-1990-cı illərdə Qazax rayon Mədəniyyət evində bədii rəhbər, xalq teatrının rejisoru, Ağstafa şəhər klubunun müdiri işləmişdir. 1990-cı il Ağstafa rayonu müstəqil rayon kimi fəaliyyətə başladığı vaxtdan 2006-cı ilədək Ağstafa rayon mədəniyyət şöbəsinin müdiri, 2006-cı ildən 2017-ci ilin yanvar ayınadək Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-ci il yanvar ayından Ağstafa Regional Mədəniyyət İdarəsində rəis müavini vəzifəsində işləyir. 1995-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvü, 2014-cü ildən Ağstafa mədəniyyət işçiləri YAP təşkilatının sədridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

O, öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Bu gün, mədəniyyətimizin dinamik inkişafında onun rolu böyükdür.

Mediaxeberleri.az komandası olaraq, Gülgün müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az