t s

» » Ermənilər hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!

Ermənilər hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!

30-05-2020, 20:27 Yazar:  Samir Baxılıb: 583 Çap et
Ermənilər hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!
Ermənilərin tarixin bütün dönəmlərində, eləcə də Cümhuriyyət dövründə Azərbaycan torpaqlarına qəsd etdiyi, bu torpaqları ələ keçirmək üçün hər bir vasitəyə əl atdığı məlumdur.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə ABŞ ermənilərindən birinin 1920-ci ildə işğalçı erməni ordusunun qurulmasına kömək məqsədi ilə o zamankı Ermənistan hökumətinə verdiyi sənəd üzə çıxıb. Sənəddə pulun kim tərəfindən hansı məqsədlə verildiyi, habelə yardıpmın məbləği öz əksini tapıb.

75 dollarlıq yardımın üzə çıxan sənədi Ermənistanın Müdafiə Nazirliyini vəcdə gətirib. Belə ki, bu hadisədən sonra dünya ermənilərinə müraciət edən işğalçı ölkənin Müdafiə Nazirliyi bu cür sənədlərə malik şəxslərdən həmin sənədləri onlara göndərməyi xahiş edib.

Bu sənəd düşmənin hələ 100 il öncə Qarabağın işğalı üçün qəpik-qəpik pul yığdığını, bu məsələdə dünya ermənilərinin gücündən yararlanmağa çalışdığını göstərir. Məlumat üçün xatırladaq ki, məhz bu cür yardımlar əsnasında formalaşan o zamankı erməni ordusu, 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə hücum edib, lakin Azərbaycan ordusu tərəfindən darmadağın edilərək geri çəkilməyə məcbur olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:09 Qondarma erməni soyqırımı – 100 illik cəfəngiyyat! Müxbirimiz Dünya Azərbaycanlıları Konqresinin (DAK) tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan (indiki Ermənistan dövləti) Nümayəndəliyinin rəhbəri tədqiqatçı-siyasətşünas Səməndər Çaxmaqlı ilə görüşmüş, qondarma erməni soyqırımı, onun saxta “tarixi kökləri” və s. suallarla müraciət etmişdir.
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az