t s

» » Erməni axritektordan şok etiraf: İrəvan bizim deyil! - Video

Erməni axritektordan şok etiraf: İrəvan bizim deyil! - Video

29-05-2020, 10:21 Yazar:  Samir Baxılıb: 689 Çap et
Erməni axritektordan şok etiraf: İrəvan bizim deyil! - Video
Aqnessa adlı erməni arxitektor İrəvan şəhərinin tarixi ilə bağlı mühüm etiraflar edib.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.

İrəvanın mərkəzi rayonlarından birinin icra hakimiyyətində arxitektor işləyən Aqnessa bildirib ki, tarixən bu şəhərdə ermənilər yaşamayıb, onlar sadəcə ticarət üçün bura gəliblər. Erməni arxitektor buna sübut kimi tarixi binaları göstərib.

O vurğulayıb ki, hətta Sovet Ermənistanı yarananda da bu şəhərdə çox az sayda erməni yaşayıb. Aqnessanın sözlərinə görə, Ermənistan SSR qurulduqdan sonra İrəvana Peterburqda oxuyan arxitektorlar göndərib. Onlardan biri - Aleksandr Tamanyan İrəvan şəhərinin müasir arxitekturasını qurub.

Qeyd edək ki, 1913-cü il siyahıyaalınmasına görə, həmin vaxt İrəvan əhalisinin 87 faizini azərbaycanlılar təşkil edirdi.

Azərbaycan şəhəri olan İrəvan və ümumilikdə İrəvan xanlığının ərazisi 1918-ci ildə AXC parlamenti tərəfindən ermənilərə dövlət qurmaq üçün verilib.

Bunun əvəzində ermənilər Zəngəzur mahalı və Dağlıq Qarabağa iddialarından geri çəkildiklərini rəsmi şəkildə elan etmişdilər. Amma Zəngəzur cəmi 2 ildən sonra - sovet hakimiyyəti vaxtı Azərbaycandan qoparılaraq, Ermənistana birləşdirildi.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az