t s

» » ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi

ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi

28-05-2020, 13:19 Yazar:  Samir Baxılıb: 79 Çap et
ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi Biz bu epidemiyanın necə inkişaf edəcəyini bilmirik. Bu, bizim hamımız üçün yeni situasiyadır. Biz proqnoz verə bilmərik. Vəziyyətə diqqətlə nəzər salsaq, biz dünyanın müxtəlif ölkələrində, keçmişdə yoluxmanın çox olmadığı yerlərdə pik hallar, ocaqlar gözləyə bilərik”.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişinə onlayn formatda müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca, risk yaranır: “Aparılan seroloji analizlərin ilkin nəticələri onu göstərir ki, çox az sayda adamda anticismlər var. Əksəriyyətin, insanların 90 faizdən çoxunun bu yeni virusa yoluxma riski var. Bu səbəbdən də, biz müəyyən tədbirləri saxlamalıyıq”.

T.Yaşareviç vaksin vaksinin tapılması üçün bütün dünyada çox sayda tədqiqatçı tərəfindən gərgin iş aparıldığını diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyata alınmış 100-dən çox potensial vaksin var və onların çoxu artıq sınaqların birinci mərhələsindədir. Bu o deməkdir ki, onlar artıq insanlar üzərində sınaqdan keçirilib. Kliniki sınaqlara keçmək müəyyən vaxt aparacaq. Çünki baxmayaraq ki, biz vaksinlər üzərində işi sürətləndirə bilərik, biz hələ də ciddi elmi yanaşmaya əməl etməliyik və kliniki sınaqlar vasitəsilə vaksinin ilk növbədə təhlükəsiz, eyni zamada effektiv olduğuna əmin olmalıyıq. Bunun üçün bir neçə ay lazımdır. Sonra biz bu vaksinin istehsalı, eləcə də onun paylaşdırılması məsələsini nəzərdən keçirməliyik. Hər şey qaydasında getsə, bir il ərzində vaksinə sahib ola bilərik. Eyni zamanda biz mümkün müalicələri nəzərdən keçiririk”.

ÜST sözçüsü vurğulayıb ki, dövlətlərin səhiyyə sistemləri bir daha nəzərdən keçirilməlidir: “Buradan çıxarılacaq dərslərdən biri ondan ibarətdir ki, hər kəs həm dövlətlər səviyyəsində, həm də beynəlxalq səviyyədə səhiyyə sistemlərini nəzərdən keçirməlidir və daha çox investisiya yatırmağa ehtiyac olduğunu dərk etməlidir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:20 “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən
17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az