t s

» » “Evi oğurluqla alıblarsa, müsadirə etmək olar” – Elçin Şıxlı

“Evi oğurluqla alıblarsa, müsadirə etmək olar” – Elçin Şıxlı

27-05-2020, 18:28 Yazar:  Samir Baxılıb: 88 Çap et
“Evi oğurluqla alıblarsa, müsadirə etmək olar” – Elçin Şıxlı
Jurnalistlərə verilən mənzillərlə bağlı Baş Prokurorluq araşdırmaya başlayıb. Belə ki, mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən 31 media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq ayrı-ayrılıqda idarədə dindirilib.

Məlumata görə, idarəyə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər. Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki, ümumiyyətlə, jurnalistlərə ev verilməməlidir:

“Düzü, olmayan şey barədə danışmağı xoşlamıram. Cinayət işi qaldırılıb araşdırılarsa, o başqa məsələ, çünki elə olanda son olaraq qərarı məhkəmə verir. Mülk kağızı varsa və onu oğurluqla alıblarsa, evi müsadirə etmək olur. Yox, əgər hazırda ev sahibi olanlar evi oğurluqla almayıblarsa, yəni başqaları bu evi onlara oğurluqla veriblərsə, mülkiyyətin geri qaytarılmasının hüquqi cəhətdən necə olacağını deyə bilmərəm”.

Elçin Şıxlı deyib ki, o, həmişə jurnalistlərə mənzil paylanılmasının əleyhinə olub:

“Dövlət jurnalistə ev verməməlidir. Çünki verilirsə, gərək həkimə, mühəndisə və müəllimə də ev verilsin. Jurnalistlər də hamı kimi vətəndaşdırlar. Sadəcə, jurnalistə elə şərait yaratmaq lazımdır ki, evi halal zəhməti ilə ala bilsin. Bunun müxtəlif yolları var. Amma evləri bağışlayırlarsa, sonda biz gəlib hazırkı vəziyyətlə üzləşəcəyik. Çünki ortalıqda jurnalisti ələ almaq istəyən, ona mənzili rüşvət kimi təklif etmək istəyən bir sıra məmurlar var. Onların adlarını isə elə siz çəkdiniz”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:30 “Prezidentə göndərilən məktublar Əli Həsənov tərəfindən gizlədilirdi” — Rəsmi qəzet sabiq köməkçini "TOPA TUTDU" Azərbaycan Prezidentinin İşlər İdarəsinin təsisçisi olduğu "Respublika" qəzetində ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan bəhs edən tənqidi məqalə dərc edilib. Mediaxeberleri.az xəbər verir ki, "Bumeranq" adlanan məqalədə Əli Həsənov və onun uzun
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az