t s

» » 190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA

190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA

27-05-2020, 10:28 Yazar:  Samir Baxılıb: 88 Çap et
190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMAKoronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi.

Mediaxeberleri.az xəbər verir ki, karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb.

Bəs görəsən, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olunmayan müəssisələrin əməkdaşları və aztəminatlı insanlara 190 manatlıq yardım edilə bilərmi?

Məsələ ilə bağlı deputat Musa Quliyev “sonxeber.az”a açıqlama verib.

Deputat bildirib ki, bu edilə bilməz və edilməli də deyil:

"Çünki insanları yavaş-yavaş əməyə istiqamətləndirməliyik. İnsanlarımız işləməlidirlər və eyni zamanda iqtisadiyyatımız davam etməlidir.

Çünki koronavirusun nə qədər davam edəcəyini hələ bilmirik. Bəlkə də biz bu virusla uzun müddət yaşayacağıq. Ona görə də həyatımızı evə qapatmalı deyilik.

Karantin rejiminin əks-epidemik tədbirlərinə riayət etməklə yavaş-yavaş fəal həyata qayıtmalıyıq. Dünyanın bir çox ölkələrində artıq fəal həyata qayıdırlar.

İnsanlar da öz əməkləri ilə məşğul olmalı, iqtisadiyyatımıza kömək etməli və özlərinin sosial həyatını yaxşılaşdırmaq barədə düşünməlidirlər.

Yəni biz bu yayı da işləməsək payızda, qışda daha ciddi ərzaq qıtlığı ilə üzləşə bilərik. Bunlar hamısı nəzərə alınmalıdır.

Şübhəsiz ki, təcrid rejimindən çıxıb artıq sosial məsafə rejiminə keçməliyik. Sosial məsafəni qorumaq və qoruyucu vasitələrdən istifadə etməklə həyatımızı davam etdirməliyik. Artıq bütün dünya olaraq yeni bir yaşam tərzinə keçmişik.

Bu yaşam tərzinin şərtlərinə uyğun həyatımızı davam etdirməliyik".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:30 Arvadını kənddə qonşu kişi ilə tutdu və … – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az “publika.az”a istinadən xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az