t s

» » Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR

Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR

26-05-2020, 15:24 Yazar:  Samir Baxılıb: 65 Çap et
Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏRSosial şəbəkələrdə Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı məlumatlar yayılıb.

Mediaxeberleri.az-ın xəbərinə görə, paylaşılan cədvəldə Milli Məclis Sədrinin 7 424 manat, onun birinci müavininin 6 680 və müavinlərinin 6 308 manat, Milli Məclisin komitə sədrlərinin 5 940 manat, müavinlərinin 5 568 manat və sıravi deputatların isə 5196 manat maaş aldığı iddia edilib.

Məsələ ilə bağlı Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova “Report”a açıqlama verib.

Şöbə müdiri bildirib ki, Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
22:28 Deputatların, hakimlərin və Ombudsmanın maaşı artırıldı Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanunlara dəyişiklik edilib Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu dəyişiklik millət
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az