t s

» » Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA

Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA

26-05-2020, 15:21 Yazar:  Samir Baxılıb: 67 Çap et
Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİASabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir.

İndi isə bir neçə gün əvvələ qədər Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun jurnalistlər üçün tikilmiş binalardan iki mənzil alması barədə məlumatlar yayılıb.

Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidməti nazirlikdə əməliyyat keçirən zaman İntiqam Hümbətov da məhz buna görə saxlanılaraq dindirilib və sonradan sərbəst buraxılıb.

İ.Hümbətovun jurnalistlərin binasından iki mənzil alması ilə bağlı məlumatlar yayılan vaxt onunla əlaqə saxlanılıb.
İ.Hümbətov ailə həyatı quran zaman nazir Əbülfəs Qarayev ona ev bağışlayıbmış.

İntiqam Hümbətov barəsində deyilən fikirlərə münasibət bildirmək istəməyib. O, jurnalistlərin binasından iki mənzil alması, nazirin ona mənzil bağışlaması haqda danışmaqdan imtina edib.

Ancaq məlumatı təkzib də etməyib.

Bundan başqa, İ.Hümbətov DTX tərəfindən saxlanılması və dindirilməsi haqda məlumatlara da münasibət bildirmək istəməyib.

Xatırladaq ki, Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs ediliblər.
İttihama görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.

Bir neçə gün əvvəl isə Ə.Qarayev nazir vəzifəsindən azad edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:47 Əbülfəs Qarayev mətbuat katibinə ev bağışlayıb - Həmçinin jurnalistlər binasından ev verilib Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir. İndi isə bir neçə gün əvvələ qədər Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun jurnalistlər üçün
19:08 NAZİR QOVULDU, MÜAVİN HƏBSDƏ, BİRİNCİ MÜAVİN İŞ BAŞINDA... - “Vaqif Əliyev, sən hara baxırdın?!” Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat qurumda böyük korrupsiya şəbəkəsinin necə fəaliyyət göstərdiyini ortaya çıxardı. Dövlətin milyonlarla vəsaiti nazir başda olmaqla bir qrup məmur tərəfindən talanıb, ələ keçirilib. O da məlum oldu ki, aşağıdan
09:32 Nazirlə bağlı qərar veriləcək... - Gözlənti Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad olunur. Pravda.az-ın xəbərinə görə, buna səbəb Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyat keçirməsinin fonunda nazirin fəaliyyətinə cəmiyyətin qınağıdır. Əsasən siyasətçilər, deputatlar Ə.Qarayevin
15:15 DTX MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ KEÇİRDİYİ ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİNİ YAYDI - VİDEO Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu
08:26 Əli Abbasovu bitirən şok səbəb Rabitə və yüksək texnologiyalar naziri də işdən qovuldu; Sabiq nazir istintaqa çağırılanda və ondan hesab sorulanda o, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub; məlum olub ki, əsas qərarları Aparat rəhbəri Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az