t s

» » Yeni başçı və keçmiş rektor haqda ŞOK İDDİA - İTTİHAM

Yeni başçı və keçmiş rektor haqda ŞOK İDDİA - İTTİHAM

25-05-2020, 11:52 Yazar:  Samir Baxılıb: 147 Çap et
Yeni başçı və keçmiş rektor haqda ŞOK İDDİA - İTTİHAMAğstafaya yeni təyin olunan icra başçısı Seymur Orucov kreslosuna oturmamış siftəsi korlandı. Mediaxeberleri.az xəbər verir ki, bu növcavan məmur xalqın rəğbətini qazanmamış tənqidlərə tuş gəldi.
Belə gedişlə S.Orucov da Neftçalanın başçısı Mirhəsən Seyidovla İsmayıllının şefi Nahid Bağırov kimi işini mürəkkəbləşdirəcək.

Məsələ o yerə çatıb ki, xalq artisti Afaq Bəşirqızı da S.Orucovu tənqid edib. Onun sözlərinə görə, 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir.
Sitat: “Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin!
Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz”.
A.Bəşirqızının sözləri tarixi və ibrətamiz ifadələrdir. S.Orucov gənc kadr olaraq bu gündən və gələcək planlardan danışmalıydı, ancaq 8 yaşında olanda görmədiyi Elçibəy hakimiyyətinin səhvlərindən söz açıb.
Özünün biznesindən, hansı məmurlarla qohumluğu sayəsində karyera yüksəlişinə nail olmasından danışmayan gənc icra başçısı 1992-1993 hadisələrini yada salıb fikir bildirməklə gərək ilk gündən özünü gözdən salmazdı.
Keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarları İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin bacısı oğlu olan S.Orucov isə nəyi qoyub, görün nəyi danışıb.
Hələ icra başçısı kimi kasıb bir ailənin evinə ayaqqabı ilə daxil olması fotosu da onun fəaliyyətə başladığı ilk gündən buraxdığı “quş”lardan biridir. Özü isə hələ bir AXC dövrünün xətalarından danışır.

S.Orucov həm də 2006-cı ildə qeydiyyatdan keçmiş “Mİ QROUP” və bu ilin yanvarında təsis edilmiş ”MI GROUP CLASSICO” MMC-lərin təsisçisidir. “Mi Qroup” mühasibat və vergi xidmətləri göstərir.
Reportyor.info xatırladır ki, bir neçə il qabaq haqqın.az İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin büdcədən 1 milyon dollar oğurluq etməsi başlıqlı yazı ilə çıxış etmişdi.
Bakı İqtisad Məhkəməsi qət edib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib.
Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirmiş və 1 milyon rus rublu qiymətinə dəyərləndirmişdir.
Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satmışdır. Ancaq torpaq sahəsinin hamısını yox bir hissəsini.
Şəmsədin Hacıyev sonra dərbəndli fırıldaqçısına kürəkəni Seymur Orucovu da qoşmuşdur. Bundan sonra hər şey sadə sxem üzrə qurulmuşdur: 2009-cu ilin sonunda Dağıstan Respublikası üzrə Federal qeydiyyat idarəsi xidməti Hacıyevlə Orucov arasında alqı – satqı haqqında yeni müqavlə imzalamışdır.
Bundan sonra belə desək Seymur Orucovun özü əvvəlki torpaq sahəsinin parçasını yenidən İqtisad Universitetinə satmışdır.
Fikirləşirsiniz ki, məsələ bununla bitir? Təəssüf ki, yox. Qaçaraqda Ş. Hacıyev artıq özü sahibləndiyi həmin hektardan bir hissəni saxlayaraq sonadək talan etdiyi ADİU-nun həmin torpaq hissəsində inşa edilmiş hansısa inzibati tikilini üç dəfə satışa yönəldərək guya professor müəllim heyətinin öz rəhbərindən satın alırmış kimi daha bir saxta sövdələşmə imzalamaqla, ilkin qiyməti on dəfədən artıq şişirtməyə nail olmuşdur.
Torpaqla əlaqədar möhtəkirliyə və ali təhsil müəssisəsinin filialının təşkil olunması ilə bağlı məsələyə ilk olaraq Rusiya hüquq-mühafizə orqanları diqqət çəkir və Dağıstan prokurorluğu Bakı filialının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı cinayət işi açır.
Halbuki Ş. Hacıyev Bakıda hamını, o cümlədən o zamankı Təhsil naziri Misir Mərdanovu inandırmağa çalışırdı ki, guya o filialın açılması üçün Rusiya Təhsil nazirliyindən lisenziya alıb.
Lakin sonradan məlum olur ki, onda heç bir lisenziya olmayıb. Əksinə məqsəd oradan və buradan daha çox pul qoparmaq olub. Başqa sözlə bu qeyri-qanuni bir fəaliyyət olub.
Yeri gəlmişkən filiala həqiqi lisenziya almağa on ildən çox bir müddət keçdikdən sonra ADİU-nun indiki rəhbərliyi nail olub.
Dağıstan prokurorluğunun Ş. Hacıyevin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi təhqiqatlarına baxmayaraq o, hansısa yolla işi ört-basdır etməyə nail oldu. Lakin dələduzu bu sənətə və havayı pullara olan sevgisindən dayandırmaq olardımı?
Ş. Hacıyev yeni bir avantürist işlərə baş vurur. Bu zaman, o, öz universiteti qismində artıq dövləti deyil, bilavasitə öz həmkarlarını aldadır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az