t s

» » Qanunsuz zəbt olunan sahələr yenidən sakinlərin kütləvi istifadəsinə verildi

Qanunsuz zəbt olunan sahələr yenidən sakinlərin kütləvi istifadəsinə verildi

24-05-2020, 16:30 Yazar:  Samir Baxılıb: 83 Çap et
Qanunsuz zəbt olunan sahələr yenidən sakinlərin kütləvi istifadəsinə verildiİsmayıllıda qanunsuz zəbt olunmuş örüşlər yenidən əhalinin ümumi istifadəsinə verilir.

Mediaxeberleri.az Baku TV-yə istinadən xəbər verir ki, rayonun Quşencə, Qalınçaq, Kürdmaşı kəndlərində, həmçinin Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülür, maneə məqsədilə qazılmış arxlar doldurulur.

Bir neçə gün öncə sakinlərin çoxsaylı şikayətləri nəzərə alınıb və rayon icra hakimiyyətinin rəhbərliyi həmin kəndlərə baş çəkib. Örüş yerlərini özbaşına zəbt etmiş, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərlə görüş keçirilib.

Karantin qaydalarına əməl olunaraq təşkil olunmuş görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak edib. Bu cür əməllərin, eyni zamanda bunlara şərait yaratmaq və ya göz yummağın qanunazidd olduğu izah olunub. Bundan sonra həmin ərazilərin ətrafına çəkilən çəpərlər sökülüb, maneə yaratmaq üçün bir sıra hissələrdə qazılan arxlar torpaqla doldurulub.

Zəbt olunan örüş sahələri yenidən yerli sakinlərin tam istifadəsinə verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
22:00 Mehriban Əliyeva bir sıra təhsil müəssisələrinə baş çəkib - FOTOLAR Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət
14:30 Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTOLAR Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Mediaxeberleri.az xəbər verir ki, Xətai rayonunun Zığ yolu, 9 ünvanında,
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
21:29 Xalq Cümhuriyyəti-100: Erməni vəhşiliyinin daha bir şahidi-Kürdmaşı kəndi Göyçay qəzasının indiki İsmayıllı rayonunun Hacıhətəmli-Gəraybəyli kəndləri istiqamətində yerləşən Hacıhətəmli, Mollaisaqlı, Kürdmaşı, Qubaxəlilli, Gəraybəyli, Şahsoltanlı kəndləri erməni quldurlarının hücumlarına məruz qalıblar. Bu kəndlərə ermənilər yaşayan Ruşan, Uştal, Kəlbənd, Yuxarı Şükürçü,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az