t s

» » Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

24-05-2020, 00:40 Yazar:  Samir Baxılıb: 49 Çap et
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Bu gecə “leylətül-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır:

“Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:08 Novruz Məmmədov yeni Orfoqrafiya Normalarını təsdiqlədi Baş nazir Novruz Məmmədovun imzası ilə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb. Mediaxeberleri.az Orfoqrafiya Normalarını təqdim edir: Azərbaycan dilinin Orfoqrafiya Normaları 1. Azərbaycan mənşəli sözlərin yazılışı 1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
11:20 Azərbaycanda Ramazan bayramı qeyd olunur Bayram namazı iyulun 6-da saat 09:00-da qılınacaq. Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini,
11:05 Qədr gecələri nələrə riayət edilməlidir? İslami hədislərə əsasən, Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub. Qurani-Kərimdə buyurulur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” Bu gecədə Quranın başa qoyulması ənənəsi də var. İlahiyyatçı Bəhruz Camal
18:58 Bu gecə Ramazan ayının ikinci Qədr gecəsidir Önümüzdəki gecə müqəddəs Ramazan ayının ikinci Qədr gecəsidir. Mediaxeberleri.az saytının məlumatına görə, bu il Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə (24 iyundan 25-nə keçən gecə, 26 iyundan 27-nə keçən gecə, 28 iyundan 29-na keçən gecə) təsadüf

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az