t s

» » Tərtərin icra başçısı: “Peşə Liseyi ilə bağlı göstəriş verməmişəm” - ÖZƏL

Tərtərin icra başçısı: “Peşə Liseyi ilə bağlı göstəriş verməmişəm” - ÖZƏL

23-05-2020, 21:33 Yazar:  Samir Baxılıb: 26 Çap et
Tərtərin icra başçısı: “Peşə Liseyi ilə bağlı göstəriş verməmişəm” - ÖZƏL
“Sözügedən Peşə Liseyinin pəncərələrinin mənim göstərişimlə hörülməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə Oxu.Az-a eksklüziv olaraq Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov açıqlama verib.

O bildirib ki, 96 saylı Tərtər Peşə Liseyi uzun müddətdir ki, tam istifadəyə yararsız vəziyyətdədir:

“Tərtər Peşə Liseyinin binasında 1993-ci ildən 2018-ci ilə qədər Kəlbəcərdən, Laçından, Ağdamdan olan məcburi köçkünlər yaşayıb. 2018-ci ildə ölkə başçısının tapşırığı ilə Tərtər rayonu, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün 1176 ailəlik qəsəbə salınıb.

Peşə Liseyində yaşayan məcburi köçkünlər həmin qəsəbəyə köçürülüb. Peşə Liseyinin binası isə Təhsil Nazirliyinin balansına verilib.

Binanın rənglənən və hörülən hissəsi isə sanitar qovşaqların yerləşdiyi pəncərələrdir. Həmin binada bu gün heç bir yaşayış yoxdur, bina tam yararsız vəziyyətdədir. Binada 27 il məcburi köçkünlər yaşayıb və hazırda əsaslı təmir-bərpa işlərinə ehtiyac var.

Bütün bu işlər şəhərdə ictimai yaşayış binalarının təmir-bərpa işləri aparılarkən həyata keçirilib. Məqsəd köhnə görünüşlü binanın şəhərdə xoş olmayan görüntüsünün qarşısını almaqdır. Bəzi saytlarda bunun icra başçısının qərarı ilə həyata keçirildiyi yazılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu istiqamətdə mənim heç bir göstərişim olmayıb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az