t s

» » “PAŞA Holding” MMC Qazaxda Yeni qəsəbədə yaşayan məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb

“PAŞA Holding” MMC Qazaxda Yeni qəsəbədə yaşayan məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb

23-05-2020, 21:26 Yazar:  Samir Baxılıb: 85 Çap et
“PAŞA Holding” MMC Qazaxda Yeni qəsəbədə yaşayan məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısı cənab İlham Əliyevin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər Ramazan bayramı ərəfəsində də davam etdirilib.

Mediaxeberleri.az
xəbər verir ki, ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə növbəti dəfə qoşulan "PAŞA Holding" MMC müqəddəs Ramazan bayramı ərəfəsində rayonun işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış Yeni qəsəbədə yaşayan 304 məcburi köçkün ailəsinə gündəlik qida məhsullarından ibarət sovqat paylayıb.




Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində Yeni qəsəbədə olub, məcburi köçkün ailələrini Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Ölkə başçısının və Birinci vitse-prezidentin məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri bugünkü tədbiri həmin qayğının bariz nümunəsi kimi qeyd edib. Ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına dəstək olan "PAŞA Holding” MMC-nin bu cür xeyirxah təşəbbüsünü onlara göstərilən qayğının davamı olaraq vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, "Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası qəsəbə sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Məcburi köçkün ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq, hər zaman vətəndaşların yanında olan "PAŞA Holding” MMC-nin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən məcburi köçkünlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətiriblər.

GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:41 Prezidentə yazırlar: Xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə minnətdarıq Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Həmin məktubların daha bir qismini təqdim edirik: Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin
17:01 Prezidentə yazırlar: “Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir” - MƏKTUBLAR Azərbaycan əhalisi Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edir. Həmin müraciətlərdə Prezidentin rəhbərliyi ilə dövlətin ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər təqdir olunur. Müraciətlərin bir qismini təqdim edirik:
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az