t s

» » Əbülfəs Qarayev həbs ediləcək? - Video

Əbülfəs Qarayev həbs ediləcək? - Video

22-05-2020, 19:26 Yazar:  Firuzə Baxılıb: 53 Çap et
Əbülfəs Qarayev həbs ediləcək? - Video
Təəssüf ki, Azərbaycanda dövlətçilik təfəkkürü, siyasi mədəniyyət tam oturuşmayıb. Dövlətimizin yaşı azdır: 150-200 il yaşı olan ölkələrlə Azərbaycanı müqayisə edə bilmərik.

Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı “Yeni Müsavat”ın canlı efirində deyib. Politoloq sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin məsuliyyətə cəlb olunması ehtimalı ilə bağlı suala belə cavab verib:

“İllərdir deyirdik ki, hüquq-mühafizə orqanlarında problemlər var. Artıq bir müddətdir islahatlara başlanılıb. Baş prokuror da dəyişdi və onun yerinə kifayət qədər peşəkar, korrupsiya ilə mübarizə üzrə böyük təcribəsi olan şəxs gətirildi. Düşünürəm ki, bu dəyişikliklər hazırda davam edən prosesə öz müsbət təsirini göstərəcək. Etiraf edək ki, sabiq nazir Azərbaycan mədəniyyətini iflic hala salıb. Kino, teatr, musiqi və s. sahələrimiz bərbad haldadır. Son proseslərdə mədəniyyət nazirinin müavini həbs edildi. Şübhə etmirəm ki, istintaq ədalətli aparılacaq. Təbii ki, istintaq tərəfindən cinayət olduğu təsdiqlənsə, sabiq nazir Əbülfəs Qarayev də məsuliyyətə cəlb olunacaq. Mən də düşünürəm ki, nazirlikdə baş verən rüşvət və korrupsiya hallarından nazirin xəbəri olub”.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:20 “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
10:44 Asif Ata: “Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir” Asif Ata ilə 21 il əvvəl olmuş bu söhbətdə kino sənətinin mahiyyəti haqqında danışılır. İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü -Atayla bu təmasımız Kino ilə bağlıdır. İlk sual belədir: Kino haqqında Atamızın fikri. - Kino – bədiiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az