t s

» » Azərbaycanda hərbçilərin DİQQƏTİNƏ! Cəzalar sərtləşdirildi...

Azərbaycanda hərbçilərin DİQQƏTİNƏ! Cəzalar sərtləşdirildi...

22-05-2020, 17:22 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
Azərbaycanda hərbçilərin DİQQƏTİNƏ! Cəzalar sərtləşdirildi...Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində "Hərbi xidmət əleyhinə olan inzibati xətalar" haqqında qanuna dəyişiklik edilməsi təsdiqlənib.

Mediaxeberleri.az xəbər verir ki, qanunda deyilir:

"“Maddə 610. Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma

Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltma —

on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 611. Tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma

Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması —

on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 612. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma

612.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi —

on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

612.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə —

bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Bu Məcəllənin 612.1-ci maddəsində nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu Məcəllənin 612.2-ci maddəsində “az miqdar” dedikdə, yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Maddə 613. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə

613.1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə —

on günədək müddətə inzibati həbs tətbiq olunur.

613.2. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —

iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

613.3. Bu Məcəllənin 613.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

613.4. Bu Məcəllənin 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 614. Hərbi əmlakı itirmə, məhv etmə və ya zədələmə

614.1. Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi—

on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

614.2. Silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və ya hərbi texnika istisna olmaqla sair hərbi əmlakı qəsdən az miqdarda məhv etmə və ya zədələmə -

on beş gündən iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd:

1. Bu Məcəllənin 614.1-ci maddəsində nəzərdə tutulmuş əməl mühüm zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Bu Məcəllənin 614.2-ci maddəsində “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Maddə 615. Silahla və yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma

Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurduqda —

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 616. Maşınları idarəetmə və istismar qaydalarını pozma

Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda -

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 617. Hərbi uçuş aparatlarının istismar qaydalarını pozma

617.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda —

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

617.2. Bu Məcəllənin 617.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —

beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 618. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma

618.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda —

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.

618.2. Bu Məcəllənin 618.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —

beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”.

Maddə 2. Bu Qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minir.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az