t s

» » “Beşinci kolon” korrupsionerləri müdafiə edir” - Siyavuş Novruzov

“Beşinci kolon” korrupsionerləri müdafiə edir” - Siyavuş Novruzov

22-05-2020, 14:42 Yazar:  Firuzə Baxılıb: 43 Çap et
“Beşinci kolon” korrupsionerləri müdafiə edir” - Siyavuş Novruzov“İllərdir ki, qərəzli xarici dairələrdən aldığı sifarişləri yerinə yetirən dağıdıcı müxalifət bu məsələ ilə əlaqədar olaraq vətəndaşların münasibətinə zidd mövqe tutur, xalqın və dövlətin mənafeyinə qarşı çağırışlar edir”.

Mediaxeberleri.az xəbər verir ki, YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ““Beşinci kolon” korrupsionerləri müdafiə edir” məqaləsində belə yazıb.

O qeyd edib ki, radikal düşərgədə toplaşmış antimilli ünsürlər konkret olaraq korrupsionerləri müdafiə edirlər.

S.Novruzov hesab edir ki, korrupsioner keçmişə sahib olan Əli Kərimli və onunla eyni düşərgədə yer alanların rüşvətxorları, vətəndaşların haqqını qəsb edənləri müdafiə etmələri təəccüblü deyil.

Onun sözlərinə görə, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü Azərbaycanda korrupsiya və korrupsionerliyi dövlət siyasətinə çevirmişdi.

“Həmin dövrdə ölkə iqtisadiyyatının çöküşü və tənəzzülünə səbəb olan amillərdən biri səriştəsiz idarəetmə idisə, digəri rüşvətxorluq və korrupsiyanın tüğyan etməsi idi.

Bütün bunların fonunda AXCP sədri Əli Kərimlinin, onunla eyni düşərgədə yer alan, eləcə də “Milli şura”da təmsil olunan dağıdıcıların korrupsionerləri deyil, rüşvətxorluq və korrupsiya kimi hallara qarşı amansız mübarizə aparan dövləti tənqid hədəfinə çevirmələrinin, qanunazidd hərəkətlərə haqq qazandırmalarının səbəbləri tam aydın olur. Necə deyərlər, vaxtilə kreslo davası apararaq Azərbaycanın müstəqilliyini girov qoymağa çalışan, müxtəlif dövrlərdə hakimiyyətə gəlmək üçün ermənilər və ermənipərəst dairələrlə işbirliyinə getməkdən çəkinməyən, lakin xalq tərəfindən tarixin arxivinə yollanan radikal ünsürlər bir daha cinayətkar və xəyanətkar simalarını nümayiş etdirirlər!”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
00:01 AXCP: Xalqın təşkilatı inkişaf yolunda Etimad Qurultayı tarixə qızıl hərflərlə yazıldı Azərbaycan Xalq Cəbhəsi Partiyası dövlətimizin müstəqilliyində aparıcı və müstəsna rola malik təşkilatlardandır. Partiyanın siyasi həyatında və strukturunda zaman-zaman dəyişikliklər baş verib. Bu dəyişikliklərin partiyanın inkişaf və gələcəyinə
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
16:41 Əli Kərimli haqqında açılmayan sirrlər – II YAZI Xəyanət və rəzalətin simvolu – Əli Kərimli Ötən yazımızda Əli Kərimlinin keçmişi haqda dərc etdiyimiz ilginc faktlar ictimaiyyət tərəfindən maraqla qarşılandı. Söz verdiyimiz kimi mövzunu davam etdiririk. Amma yeni faktlara keçməzdən öncə bir məqamın üzərində dayanmaq istərdik. Bəziləri Əli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az