t s

» » Qiymətindən narazı qalan şagirdlər məktəbdaxili qiymətləndirmə üçün direktora müraciət edə bilərlər

Qiymətindən narazı qalan şagirdlər məktəbdaxili qiymətləndirmə üçün direktora müraciət edə bilərlər

22-05-2020, 14:38 Yazar:  Firuzə Baxılıb: 27 Çap et
Qiymətindən narazı qalan şagirdlər məktəbdaxili qiymətləndirmə üçün direktora müraciət edə bilərlərHər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər.

Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərarında məlumat verilib.

Məlumatda bildirilib ki, həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır.

Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və müvafiq qiymətə uyğunlaşdırılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:28 BURAXILIŞ İMTAHANININ II MƏRHƏLƏSİ VƏ DÖVLƏT İMTAHANI LƏĞV EDİLİR - Nazirlər Kabineti təhsillə bağlı qərar verdi (Yenilənib) Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23
16:45 Nazirlər Kabineti tədris ili ilə bağlı QƏRAR VERDİ Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 1. Azərbaycan Respublikası
14:46 Dövlət İmtahan Mərkəzi: IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər başlanıb Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 22-27-də keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA 2019) çərçivəsində yerli mütəxəssislərin də cəlb olunduqları praktik məşğələlər (Pre-Conference Workshops) işə başlayıb. Builki konfrans
12:47 “Bəzi müəllimlər qiymət yazanda xəsislik edirlər”- Ekspertlərdən irad və təkliflər “Dövlət İmtahan Mərkəzinin keçirdiyi IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən də deyə bilərik ki, məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi problemlər var» - Kamran Əsədov “Müsbət qiymətləndirməklə şagird artıq qorxudan deyil, alqışdan qidalanaraq dərsinə davam edəcək”- İbrahim
10:38 Ali məktəblərdə tədrisə tam və qismən cəlb olunanlara dair yeni tələblər müəyyənləşdirilib Yalnız tədrisə tam cəlb olunan tələbəyə əlavə fənlər seçməyə icazə veriləcək Ali məktəblərdə əyani formada tədrisə tam və qismən cəlb olunmadan asılı olaraq kreditlərin sayı fərqli olacaq. Mediaxeberleri.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Ali təhsil müəssisələrinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az