t s

» » Rayonların qaytarılması məsələsi artıq həll olunub - Arkov

Rayonların qaytarılması məsələsi artıq həll olunub - Arkov

21-05-2020, 23:28 Yazar:  Samir Baxılıb: 138 Çap et
Rayonların qaytarılması məsələsi artıq həll olunub - Arkov
Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir. Hazırki Ermənistan hakimiyyəti bu prosesə başlamaqdan imtina etməklə cəbhədə gərginliyi artırmaq məqsədi güdür.

Mediaxeberleri.Az
Apa-ya istinadla xəbər verir ki, bunu "PolitRus" portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində hazırda top İrəvanın tərəfindədir:

"Məhz İrəvan, hazırda hakimiyyətdə olan Nikol Paşinyan və onun komandasının simasında bu məsələdə Ermənistan daha əvvəllər Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş rayonları Azərbaycana geri qaytarmaq prosesinə başlamaqdan imtina edir. Bu gün Dağlıq Qarabağın gələcək statusu dialoq predmetidir. Burada həm ikitərəfli formatda, həm də beynəlxalq vasitəçilər cəlb etməklə müxtəlif variantlar müzakirə oluna, danışıqlar aparılar bilər. Lakin işğal altındakı rayonların qaytarılması artıq həll olunmuş məsələdir. Ermənistan tərəfi bu addımı atmasa, danışıqların gələcəyi mümkün deyil. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etməsi onu göstərir ki, hazırkı Paşinyan hökuməti konfrontasiyaya meyillidir. Təəssüflər olsun, ancaq güc nümayişi ilə külü soyutmaq mümkündür. Hazırkı Ermənistan rəhbərliyi qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar törədərək Azərbaycan tərəfini cavab tədbirləri görməyə sövq edir".

Rusiyalı politoloq Azərbaycan ordusunun keçirdiyi hərbi təlimləri də şərh edib. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək hüququna malikdir:

"Əgər bu, beynəlxalq hüquq normalarına zidd deyilsə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək üçün tam suveren hüquqlara malikdir. Mayın 18-dən başlayan hərbi təlimlər də heç bir beynəlxalq hüquq normalarına zidd deyil. Ermənistanın işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlər keçirməsi isə beynəlxalq hüquq-normalarının kobud surətdə pozulmasıdır. Bununla təkcə ATƏT-in Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar də məşğul olmalıdırlar".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
00:36 “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda tədbir keçirilib Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc mədəniyyət işçiləri Bakı Konqres Mərkəzində keçirilən “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilən Nazirlər panelinin
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
09:45 Sülh sazişindən imtina edən İrəvan təlaş içərisindədir Rusiyanın Bakıya silah satmasından narahat olan düşmən ölkə Türkiyəni neytrallaşdırmağa çalışır Son zamanlar işğalçı Ermənistanın rəhbərliyi sərsəm davranışları ilə həm Azərbaycan əsgərindən qorxduğunu nümayiş etdirir, həm də qorxutmağa yönəlik cəhdlər göstərir. Beynəlxalq aləmin davamlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az