t s

» » Şəhid Adil Tatarovun il dönümü qeyd olundu

Şəhid Adil Tatarovun il dönümü qeyd olundu

21-05-2020, 19:39 Yazar:  Samir Baxılıb: 165 Çap et
Şəhid Adil Tatarovun il dönümü qeyd olundu
Qıraq Kəsəmən kəndində şəhid Adil Tatarovun il dönümü qeyd olundu

20 may 2018-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovun il mərasimi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşadığı ünvanda keçirilmişdir. Mərasimdə iştirak edən valideynləri, Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri, Qarabağ qaziləri, müharibə veteranları eləcə də kənd ictimaiyyətinin nümayəndələri Şəhidin qəbirüstü abidəsini ziyarət edərək əklil və gül dəstələri düzdülər. Mərasim iştirakçıları Adil Tatarovun və onun timsalında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin qəbrini ziyarət edən insanlar Adilin məzarı başında ruhuna dualar oxuyub valideynlərinə Allahdan səbr dilədilər.

İl dönümü mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Qarabağ müharibəsi veteranı Ələddin Kəsəmənli, Əfqanıstan müharibəsi veteranları təşkilatının rayon filialının sədri Mirzahid Hacıyev çıxış edərək bildirdilər ki, Adil Tatarov hərb tariximizə yeni şanlı səhifələr yazdı. Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır. Məhz, Adil Tatarovun qəhrəmanlığı nəticəsində ordumuz 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçibdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az