t s

» » Ağstafalı sahibkar Elşad Vəliyev: “Pandemiya dövründə dövlətimizin xüsusi diqqət və qayğısını nəzərə alaraq biz sahibkarlar, vicdanla və şəffaf fəaliyyət göstərməliyik”.

Ağstafalı sahibkar Elşad Vəliyev: “Pandemiya dövründə dövlətimizin xüsusi diqqət və qayğısını nəzərə alaraq biz sahibkarlar, vicdanla və şəffaf fəaliyyət göstərməliyik”.

21-05-2020, 15:54 Yazar:  Samir Baxılıb: 68 Çap et
Ağstafalı sahibkar Elşad Vəliyev: “Pandemiya dövründə dövlətimizin xüsusi diqqət və qayğısını nəzərə alaraq biz sahibkarlar, vicdanla və şəffaf fəaliyyət göstərməliyik”.Ölkəmizdə istənilən sahədə sahibkarlıqla məşğul olan hər bir vətəndaş son illər iqtisadiyyatımızın dinamik inkişafının təmin olunması, bu sahədə gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatların həyata keçirilməsinin şahididir. Əlbəttə ki, bu islahatlar “kölgə” iqtisadiyyatının qaldırılması ilə yanaşı sağlam rəqabət mühitinin yaxşılaşmasına mühüm təkan verir. Nəticədə həm vətəndaşlarımızı daha keyfiyyətli və münasib qiymətlərlə istehlak məhsulları ilə təmin edə bilirik, eləcə də sahibkarların mənfəəti artır ki, bu da maliyyə intizamının yaxşılaşdırımasına gətirib çıxarır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində aparılan məqsədyönlü işlər sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə təkan oldu.
Belə ki, əhalinin maddi durumunun pisləşməsi nəticəsində alıcılıq qabiliyyəti ən aşağı səviyyəyə düşə bilərdi ki, sözsüz ki, bu da özəl sektorun böhrana düçar olmasına səbəb ola bilərdi. Bir sıra mühüm obyektlər kimi, ərzaq mağazalarınında fəaliyyətinə heç bir məhdudiyyət qoyulmaması və nəticədə bu sahədə çalışanların işlərinin itirməməməsi də hər bir sahibkar üçün çöx önəmli idi. Beləliklə dövlətimizin atdığı məqsədyönlü addımlar nəticəsində digər dünya ölkələrində müşahidə etdiyimiz iqtsadi böhran ölkəmizdən yan keçdi. Cənab Prezidentimizin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Bir sahibkar olaraq digər ağstafalı iş adamları və sahibkarlar kimi cənab Prezidentimizin “Biz birlikdə güclüyük” çağırışına qoşulmaq mənim də vətəndaşlıq borcum idi. Belə ki, Heydər Əliyev Fondunun başladığı və tez bir zamanda bütün ölkəmizi əhatə edən “Biz birlikdə güclüyük” sosial aksiyası çərçivəsində mən də öz növbəmdə 120 aztəminatlı ailəyə dəstək oldum. Məhs dövlətimizin zamanında atdığı həssas addımlar nəticəsində heç bir süni qiymət artımına yol verilmədi. Halbu ki, efirlərdə ən inkişaf eləmiş ölkələrdə belə böyük marketlərdə ərzaq rəflərinin necə boş qalmasının canlı şahidi olduq. Bizdə isə ərzaq qıtlığı mövzusundan söhbət belə gedə bilməzdi. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi. Mən şəxsən öz adımdan və bütün ağstafalı sahibkarlar, eləcə də özəl sektorda çalışanlar adından yüksək dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az