t s

» » “Qaraçılar məhəlləsi”ndə 21 nəfər saxlanıldı - Rəsmi

“Qaraçılar məhəlləsi”ndə 21 nəfər saxlanıldı - Rəsmi

21-05-2020, 14:41 Yazar:  Samir Baxılıb: 51 Çap et
“Qaraçılar məhəlləsi”ndə 21 nəfər saxlanıldı - RəsmiYevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Mediaxeberleri.az-ın sorğuna cavabında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:34 Bu rayonda kütləvi yoluxma qeydə alındı, giriş-çıxış MƏHDUDLAŞDIRILDI - VİDEO Son günlər Yevlaxda koronavirusa yoluxma halları artıb. Rayon ərazisində virusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü "Qaraçılar məhəlləsi" adlanan küçənin sakinləridir. Bu məqsədlə həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanır. Mediaxeberleri.Az
20:14 "KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK" - "Azərbaycanda ikinci dalğa yaşanır" "Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək". Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Ramin Bayramlı deyib ki, dünyada sərt karantin rejimi əvəzinə
10:12 Baş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı Baş nazir Novruz Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə
14:40 Oğlu və qardaşı oğlu tutulan deputatla bağlı yeni sensasion bilgilər İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və daha 4 şəxs Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq, nazirliyə məxsus nəqliyyat vasitələrini daşqalaq etdiklərinə görə barələrində
20:37 Baş Prokurorluq Bakıda baş verən insidentlə bağlı rəsmi məlumat yayıb Oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəktləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az