t s

» » Dəfn mərasimində koronavirus yayıldı, rayon rəhbəri işdən çıxarıldı

Dəfn mərasimində koronavirus yayıldı, rayon rəhbəri işdən çıxarıldı

21-05-2020, 10:45 Yazar:  Samir Baxılıb: 30 Çap et
Dəfn mərasimində koronavirus yayıldı, rayon rəhbəri işdən çıxarıldıYas məclisində 155 nəfərin koronavirusa yoluxması rayon rəhbərinin istefası ilə nəticələnib.

72.ru-nun məlumatına görə, hadisə Adıgey Respublikasının Krasnoqvardeysk rayonunda qeydə alınıb.

Belə ki, mayın 1-də rayonun aullarından birində “çox hörmətli şəxs”in dəfn mərasimi keçirilib. Yas məclisində 500 nəfər iştirak edib. Onlar arasında nəinki sosial məsafə qorunmayıb, maska və əlcəkdən belə istifadə edilməyib.

Tədbirdən bir neçə gün sonra bir nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin mayın 20-də rayonda daha 155 sakininin COVID-19-a yoluxduğu aşkarlanıb.

Koronavirusun ocağını lokallaşdırmaq üçün rayonda yaşayış məntəqələri arasında gediş-gəliş yasaqlanıb, ictimai yerlər dezinfeksiya edilib, maska-əlcək rejiminə keçilib.

Ancaq bütün bunlar rayon rəhbəri Albert Osmanovun istefasının qarşısını ala bilməyib. Onun vəzifəsindən azad edilməsi məsələsinə rayon Xalq Deputatları Şurasının növbədənkənar iclasında baxılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az