t s

» » Müddəti bitmiş sürücülük vəsiqələri ilə bağlı QƏRAR VERİLDİ

Müddəti bitmiş sürücülük vəsiqələri ilə bağlı QƏRAR VERİLDİ

21-05-2020, 02:41 Yazar:  Samir Baxılıb: 95 Çap et
Müddəti bitmiş sürücülük vəsiqələri ilə bağlı QƏRAR VERİLDİ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə məlumat yayıb.

Publika.az İdarənin saytına istinadən xəbər verir ki, 27.04.2020-ci il tarixdən etibarən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən "ASAN xidmət" mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, 31.05.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq.

Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:10 AZƏRBAYCANDA HƏRƏKƏTƏ MƏHDUDİYYƏT QOYULUR - Aprelin 5-dən etibarən.... Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərarə əsasən, koronavirus (COVİD-19)
13:33 Yol polisi saxlayan zaman sürücülərin əzbər bilməli olduğu 10 bənd - Tural Yusifov yazır... Dövlət yol polisinin inspektoru sənin qanunu pozduğunu bildirir, sən isə əksini düşünürsən. Bu mübahisəni sonlandırmaq üçün mütləq ya kitaba baxmalısan, ya da internetdə axtarış etməlisən. Amma yaxşı olar ki, bir neçə maddəni əzbər biləsən. Nəzəri olaraq, sürücü YHQ-nin bütün maddələrini əzbər
08:52 Vətəndaşlığı olmayanlar Azərbaycan vətəndaşlığını necə ala bilər? Azərbaycan Dövlət Miqrasiya Xidməti Trend-in və "Azernews"un suallarını cavablandırıb. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Hər keçən il Azərbaycana müxtəlif məqsədlərlə gələn miqrantların sayının artdığını nəzərə alsaq, əcnəbilərin Azərbaycanda hərəkətini asanlaşdırmaq və prosesin
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az