t s

» » Prezidentdən qanuna dəyişiklik - Məzuniyyətə çıxanlar bir aylıq əlavə müavinət alacaq

Prezidentdən qanuna dəyişiklik - Məzuniyyətə çıxanlar bir aylıq əlavə müavinət alacaq

21-05-2020, 00:35 Yazar:  Samir Baxılıb: 116 Çap et
Prezidentdən qanuna dəyişiklik - Məzuniyyətə çıxanlar bir aylıq əlavə müavinət alacaq
Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:47 Prezident qərar imzaladı: Bu şəxslərə əlavə pul veriləcək Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək. Mediaxeberleri.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edib. Dəyişikliyə
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
22:28 Deputatların, hakimlərin və Ombudsmanın maaşı artırıldı Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanunlara dəyişiklik edilib Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu dəyişiklik millət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az