t s

» » Hərbi ekspertdən güc nazirliklərinə: 420 manat "qan pulu" TƏHQİRDİR

Hərbi ekspertdən güc nazirliklərinə: 420 manat "qan pulu" TƏHQİRDİR

20-05-2020, 09:17 Yazar:  Samir Baxılıb: 72 Çap et
Hərbi ekspertdən güc nazirliklərinə: 420 manat "qan pulu" TƏHQİRDİR
Əziz hərbçi dostlar! Bu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin növbəti hoqqabazlığı, özbaşınalığıdır. Yadınızdadırsa, biz bu məsələni ictimailəşdirdikdən sonra, bəzi rəsmi şəxslər çox təəccübləndilər. Yəni belə şeymi olar? Ancaq, bu Sahil Babyevlə MM-in sabiq komitə sədri hiyləgər Hadı Rəcəblinin hoqqabazlığıydı ki, bu gün ailə başçısını itirmiş YÜZLƏRLƏ zabit, gizir və MAXE ailəsi faktiki taleyin ümidinə buraxılıb. Heç bir pensiya və ya müavinat alımırlar. Onlardan tələb olunur ki, siz mütləq "əlil olmalısınız" onda sizin ailə başçısını itirməyə görə pensiya və ya təqaüdlərdən müəyyən faizindən yararlanmağa haqqınız ÇATA BİLƏR. İndi də bu cavan oğlan HƏYASIZCASINA guya HUMANİSTLİK göstərərək bizə maksimum 420 manat "qan pulu" hardansa guya tapıb və onu da özünün olmayan ağlı ilə bax belə bölüşdürüb. Ailədə 3 nəfər varsa hərəsinə 140 manat. Bu şəxsdən soruşun görün ölkədə minimal ərzaq zənbilinin qiyməti nə qədərdir və bu uşaq camaata hansı hoqqabazlığını humanist addım kimi təqdim edir?.

140 manata görəsən özü və ya ailəsi indiki zamanda 1 ay normal yaşaya bilərmi? Ölkə başçısı bu adamı bir az da vəzifədə saxlasa, vallah Azərbaycanda bu şəxs olmazın bir narazı kütləsini formalaşdıracaq. Bunun ətrafında olan saysız-hesabsız dost-tanışı da başa sala bilmir ki, ay Babayev tovariş, sən yanlış yoldasan. Camaatın əsəbləri ilə oynama. Ona görə də, buradan birinci növbədə güc strukturlarının rəhbər, səlahiyyət sahibi olan şəxslərinə səslənirəm. İmkan verməyin bu variant təsdiq olsun. Əvvəlki qayda necəydisə, elə də qalmalıdır. Yəni, ailənin başçısı həyatını bu və ya digər səbəbdən itirirsə, onun aldığı pensiya və ya təqaüd AİLƏSİNƏ tam da olmasa, 80 faiz civarında TAM ODƏNMƏLİDİR. Bu sətirləri yazdım, gözümün qarşısına pulsuz parasız qalmış onlarla şəxsən tanıdığım mərhum zabit dostlarımın ailə və uşaqları gəldi. Əsgəri xidmətini belə qorxaqcasına Bakı qeydiyatında ola-ola Bakıda keçirən Sahil Babayev adlı şəxs haradan və nədən bilsin ki, bu hərbçi ailələrini köməksiz qoyduğuna görə, onu da, o başıbatmış Hadı Rəcəblini də içi mən qarışıq hər gün LƏNƏTLİYİRİK.

Bu dəfə bu səhv tam şəkildə, Sahil Babayev tərəfindən aradan qaldırılmasa, bütün məsuliyyət olacaq birinci növbədə ƏƏSMN-nin rəhbər şəxslərinin, həmçinin güc strukturlarının rəhbər şəxslərinin üzərində. Nə qədər gec deyil, bu özbaşınalığı və ölkənin müdafiəsinə və təhlükəsizliyinə zərbə vuran müddəanı ARADAN QALDIRIN. Siz sadəcə odla oynayırsınız. Bunu lap yuxarılar artıq bilir deyə, siz vəziyyətdən bu cür şəkildə çıxmaq istəyirsiniz.Amma, bu variant da çox təhlükəlidir. Oturun və düşünün. Dostluğumda olan bütün xidmətdə olan və olmayan hərbçilərdən də maksimum xahiş edirəm ki, bu məsələdə prinsipial və tələbkar olun. Bu yüz minlərlə güc strukturlarında xidmətdə olan və ehtiyatda, istefada olan insanlarımızın mənafeyinə toxunan məsələdir. Haqqımızı Sahil Babayev kimi təsadüfi vəzifə adamlarınaa buraxmayaq. Onun sonu çox ağır və məşəqqətli olacaq. Bunu Sizə mən deyirəm.

Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az