t s

» » Günnüt zəfərindən 2 il ötür...

Günnüt zəfərindən 2 il ötür...

19-05-2020, 01:18 Yazar:  Samir Baxılıb: 215 Çap et
Günnüt zəfərindən 2 il ötür...
İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun Azərbaycan ordusunun nəzarətinə keçməsindən və Günnüt zəfərindən 2 il ötür


Bu gün keçirilən taktiki təlimlər göstərir ki, Azərbaycanın ən müasir silahı və həmin silahları idarə edən güclü kadr potensialı var. İnanıram ki, bu cür əməliyyatlar bizim işğal olunmuş ərazilərimizdə keçiriləcək. Heç bir güc, qüvvə isə Azərbaycanın ordusunun qarşısına ala bilməyəcək.

Bu sözləri Mediaxeberleri.Az-a portalın direktoru Ələddin Kəsəmənli bildirib.

Artıq Günnüt zəfərindən 2 il keçir. Ötən 2 il ərzində Günnüt əməliyyatı ən çox Ermənistan hakimiyyətini narahat edir. Ermənistandakı Paşinyan hakimiyyətinin narahatlığı əbəs yerə deyil .Günnüt əməliyyatı digər əməliyyatlarla müqayisədə sakit keçdi və demək olar ki, Azərbaycan ordusu minumum itki verdi. Ən mühüm strateji əhməmiyyətli yüksəkliklər ələ keçirildi. Bununla da Azərbaycan ordusu Naxçıvan istiqamətində Ermənistanın ərazilərini,strateji əhəmiyyətli yollarını tam şəkildə nəzarət altına aldı. Bu əməliyyat Lələtəpə əməliyyatından sonra Ermənistanın ordusu haqqında yaratdığı mifi darmadağın etdi. Məhz Naxçıvanda keçirilən Günnüt əməliyyatından sonra Ermənistan ordusunda istefalar və həbslər başlandı. Hətta son vaxtlar Paşinyan hakimiyyəti Lələtəpə və Günnüt əməliyyatına görə yenidən istintaqın bərpası ilə əlaqədar bəyanatla çıxış edir və yenidən buna baxılmasını tələb edir. Bu proseslərdən sonra Ermənistan hakimiyyətində çaxnaşmalar yarandı. Bütün bunlar göstərdi ki, Ermənistanın ordusu həddən artıq zəifdir. Onların arxayın olduğu havadarlar belə anlarda yanlarında olmur. Günnüt əməliyyatı bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən an öz torpaqlarını azad etmək gücünə malikdir. Günnüt əməliyyatın strateji tərəfi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsi oldu. Bu Ermənistan üçün böyük zərbə oldu.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox müasir texnikaya malik, taktiki təlimlərdən keçmiş, eyni zamanda yüksək peşəkar kadr potensialına malik bir ordudur. Bu orduda əsas məsələ əsgərlər Azərbaycan vətəndaşları ilə, öz komandirləri ilə və eyni zamanda Ali baş komandanla daim eyni nöqtəyə vura biləcək bir amalla yaşayırlar. Düşünürəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun gücü yetərlidir ki, Naxçıvanı blokadadan çıxarsın və eyni zamanda Ermənistan ərazisindən Azərbaycana qarşı bütün təxribat törədə biləcək yüksəklikləri darmadağın etsin.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkədə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:05 Düşmənin növbəti məğlubiyyəti: Günnüt əməliyyatından bir il keçir Şərur-Sədərək istiqamətində yola çıxanlar yol kənarında yeni vurulmuş bir istiqamət bildirən lövhə görəcəklər. Bu, işğaldan yenicə azad olunmuş Günnüt kəndinə gedən yolu göstərən lövhədir. Düz 27 il bu yol qəlbimizdən keçib. Bugün isə qəlbimiz qürur hissi ilə dolub. Mediaxeberleri.az xəbər verir
07:39 Günnüt əməliyyatı və yaxud Naxçıvan cəbhəsindən ermənilərə "soyuq duş": 2018-ci ilin mayında həyata keçirilən uğurlu hərbi əməliyyatdan bir il ötür 2016-cı ilin aprel döyüşlərində qazandığımız parlaq qələbədən sonra, əməliyyatın strateji tərəfi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsidir Mediaxeberleri.az xəbər verir ki, yola saldığımız bir il ərzində ölkə mediasının və ictimaiyyətinin ən çox diqqət kəsildiyi və
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az