t s

» » Laçında itirdiklərimiz - Bazardüzü yaylağı, Qara bulaq, Pərixan gölü, Şahbulaq düzü...

Laçında itirdiklərimiz - Bazardüzü yaylağı, Qara bulaq, Pərixan gölü, Şahbulaq düzü...

18-05-2020, 10:00 Yazar:  Samir Baxılıb: 29 Çap et
Laçında itirdiklərimiz - Bazardüzü yaylağı, Qara bulaq, Pərixan gölü, Şahbulaq düzü...
Zəngəzur qəzasının yüksək dağlıq və yayla hissəsini təşkil edən inzibati-ərazi vahidlərindən olan Laçın nahiyəsinin 1904-1920-ci illərdə hay kilsəsi və daşnak-quldur dəstələri tərəfindən törədilən soyqırımı və ərazi işğalçılığı siyasətinin qurbanları sırasında tarixi maddi-mənəvi və coğrafi irs nümunələri müsəlman-türk mənşəli olmaqla, həm də minilliklərlə ölçülən yaşa malikdir. Əlverişli tarixi-coğrafi şəraitin istər iqtisadi-təsərrüfat, istərsə də siyasi-hərbi (strateji) baxımdan üstünlüyü bir sıra xüsusiyyətləri (düşmən qüvvələrinin bölgəyə müdaxiləsi, beynəlxalq ticarət yollarının ərazidən keçməsi, yerli, kökənli xalqların davamlı yerdəyişməsi, tarixi-soğrafi toponimlərin etno-morfoloji mənşəyinin müsəlman-türk amilinin bu qaynaqlardan qidalanması...) özündə ifadə etmişdi.


Ərazinin zəngin təbii şəraiti və əlverişli ticarət yolunun üstündə yerləşməsi nəinki bölgə üzrə yerli xalqların miqrasiyasına, həm də regional (Anadolu yaylasından, Cənubi Azərbaycandan, Ərəbistan yarımadasından) miqyasda əhali məskunlaşmasına da səbəb olmuşdu.


Nahiyənin Kəlbəcərlə həmsərhəd hissəsində, Pirçənişçay hövzəsində yerləşən kəndlərindən birinin – Lolabağırlının tarixi də bu baxımdan qiymətli məlumatları özündə əks edirir. Bu kəndin əsasını 1750-1760-cı illərdə Osmanlı Türkiyəsindən köçən Bağır adlı tərəkəmə ailəsi qoyub, bölgənin Keçid dağında (el arasında “Keçdağ” adlanır) yerləşən “Bazardüzü yaylağı”nın ətəyində, meşə talaları arasındakı “Qara bulağ”ın üstündə yurd salıb, binələnib. Həmin bünövrə indi “namlı-bulamalı yer” adlanır.


“Bazardüzü yaylağı” ərazidə həm də tərəkəmə elatının həftəarası alış-veriş yeri (dəvə, at, qatır, xalça-palaz, yun-keçə və sənətkarlıq məhsulları satılardı) olduğundan belə adlanıb. Eyni ilə bu toponimə Böyük Qafqaz dağlıq silsiləsində də rast gəlinir, Azərbaycan Respublikasının ərazisində ən hündür dağ zirvəsi kimi (4466 m).


Nahiyə mərkəzinə Lolabağırlı kəndindən 78 km-dir, Ağdam şəhərinə də.


Laçın və Kəlbəcər nahiyələrinin sərhəddindəki Buzxana dağının şimalındakı (4 km aralı) yaylaqda “Pərixan gölü”, yüksəkliyində isə “Buzxana gölü” yerləşir.


Lolabağırlı kənd sakini Seyid Məhəmməd Tağı oğlunun (1894-1986) söylədiyinə görə, keçən əsrin əvvəllərində “Pərixan gölü”nə bir çobanın gəmrəşov ağacından hazırlanmış naxışlı əl ağacı düşür, onu götürə bilmir. Aradan bir xeyli keçir, elat qayıdır aran Qarabağa, Xaçınçayın sahillərinə, “Şahbulaq düzü”nə.


Bir gün çoban “Şahbulaq düzü”ndə bulaqdan su içəndə “Pərixan gölü”nə düşən əl ağacının ucu gözünə sataşır və onu çəkib çıxarır (dağ gölündən bulağa qədər 100 km-dən çox məsafə var).


Buzxana dağı da nahiyənin tərəkəmə elatının yaylağı idi. Bu dağın ətəyində, “Qatar qaya”nın ayaq hissəsində “Seyid Məhəmməd (1869-1974) kahası” qazılmışdı. Seyid Məhəmməd nahiyənin Seyidlər kəndindən olub, xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlunun (1871-1942) qaynı idi.


1904-1920-ci illərdə hay-daşnak quldurlarına qarşı istifadə edilən Sultan bəyin topu o kahada saxlanılırdı, 1992-ci ilədək.


Kaha o qədər böyük idi ki, bir neçə tərəkəmə ailəsi aradan pərdə çəkib orada yaşaya bilirdi.


Lolabağırlı kəndinin quzeyində, baş hissəsindəki dağın dibindəki “Divək daşı” deyilən yerdə (4 km kənarda) “Namlı çayı”nın başlanğıcında, “Çay yoxuşu” deyilən yerdə yaranan şəlalənin quzeyində “heykəlləşmiş dəvələr” (qabaqda nər dəvə, dalınca ana dəvə, ardınca bir bala, sonra köşəklər... yol gedir) daşa dönmüşdülər, “Lüləli bulağ”ın üstündə.


Şəlalənin güneyində göy talada isə “qoyun sürüsü, çoban və yanında iti...” donub qalmışdılar...


Bu ərazidəki yaylaq və el yolundan, dağ aşırımından 1904-1920-ci illərdə Əlipaşa bəyin və Sultan bəyin yerli döyüşçülərə yardımı kimi Kəlbəcər nahiyəsinə qatırlarla, atlarla dağarcıqlarda (keçi dərisindən hazırlanan) silah-sursat göndərilmişdi.


(Yazının hazırlanmasında Laçın rayonu, Lolabağırlı kənd sakini Hacı Bayram Paşa oğlunun (1936) məlumatından istifadə edilib.)


Qismət Yunusoğlu,
Bakı Dövlət Universietinin müəllimi (050 3726008)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:36 Deputatlarla belə əlaqə saxlaya bilərsiz... - Bu da nömrələr Azərbaycan Milli Məclisinin saytında seçicilərin deputatlarla əlaqə saxlaması üçün onların köməkçilərinin əlaqə vasitələri yerləşdirilib. Siyahıda Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədr müavini, Bahar Muradova və Valeh Ələsgərov, həmçinin deputat Araz
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az