t s

» » Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır

18-05-2020, 08:25 Yazar:  Samir Baxılıb: 83 Çap et
Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu gündən mayın 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayır.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:43 Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərə 10.000 nəfərədək şəxsi
10:43 Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!” 101 il il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsi Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı
14:09 Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır Ordu hər bir ölkənin, diyarın təhlükəsizliyinin qarantıdır. Təsadüfi deyil ki, hər bir azad, müstəqil dövlət öz ordusunun nüfuzu ilə tanınır. Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycanda da ordu quruculuğu daim prioritet məsələlərdən olub. Ölkəmizdə güclü, nizami və yüksək döyüş
20:53 Vasif Talıbov və Zakir Həsənov Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimini izləyib Bu gün Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri,
22:29 Zakir Həsənov: "İşğal olunmuş torpaqları azad etməyə hazırıq" - Eksklüziv müsahibə Müdafiə Naziri: "İndiyədək belə irihəcmli təlimlər olmayıb" Sentyabrın 6-dan 13-dək davam edən Komanda Qərargah Hərbi Oyunlarında şəxsən iştirak edən Müdafiə NAziri general-polkovnik Zakir Həsənov Mirşahin Ağayeva eksklüziv müsahibə verib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS həmin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az