t s

» » Şadlıq evlərində boş yer qalmayıb...

Şadlıq evlərində boş yer qalmayıb...

17-05-2020, 15:54 Yazar:  Samir Baxılıb: 74 Çap et
Şadlıq evlərində boş yer qalmayıb...
Sosial şəbəkələrdə toyların vaxtının uzadılması haqda məlumatlar yayılıb və sözügedən mövzu müzakirələrə səbəb olub. Bəs görəsən maydan sonrakı aylarda restoranlarda keçirləcək toy məclisləri üçün verilən behlər nəcə olacaq?

"Toy məclislərinə qoyulan qadağanın sentyabr ayınadək qüvvədə qalacağı ilə bağlı TƏBİB-in rəhbərliyi adınadan yayılan məlumat həqiqəti əks etdirmir”. Bu fikri qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirdi.

Yeri gəlmişkən, qeyd edək ki, may ayının 18-dən etibarən xüsusi karantin rejimi ilə bağlı növbəti yumşaldılmalar nəzərdə tutulur. Yeni qaydalarda toy məclislərinin təşkilinə qoyulan qadağa hələ ki qüvvədə saxlanılıb.

Müşahidələr göstərir ki, qadağaların may ayının 31-də başa çatacağını düşünənlər iyun ayı üçün şadlıq saraylarına məclis təyin ediblər.

Bunu şadlıq saraylarının inzibatçlıları da təsdiqləyir.

Ruslan Hüseynov - inzibatçı: "Demək olar ki bütün günlərimiz doludur. İyun ayındada bron olan günlərimiz var. Karatinlə bağlı müşdərilərimiz də narahatlıq hissi keçirirlər.

Dövlətimiz hər hansı qərar verərsə, yenidən uzadılarsa, yəqin ki toylarımızı növbəti aylara keçirərik. Ev sahiblərini dəvət edəcəyik bura. Əgər istəyən olarsa, behlərini qaytararıq. Yəqin ki məhərəmliyiə kimi uzanmış olsa, məhərəmlikdən sonrakı aylara inşallah".

Müşviq Həşimov - restoran inzibatçısı: "İyul ayı üçün bütün sifarişlər götürülüb. 3-5 boş yerimiz var. Bütün hamısından behlər alınıb. Əgər açılmasa müştəriləri çağıraraq danışarıq. Yəqin növbəti aya keçirəcəyik. Kimsə istəsə behlərini qaytaracıq".

Restoran inzibatçıları bildirirlər ki, toylara icazə verilərsə sosial izolyasiya qaydalarına əməl edərək masalar arasında məsafəni artırmaq mümkündür.

Qeyd edək ki, hazırda şadlıq saraylarının qiymətlərində heç bir dəyişklik yoxdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 Alim Qasımovu da tənqid edən tapıldı - "...muğamı bayağılaşdırır" Xalq artisti, tarzən Vamiq Məmmədəliyevin APA-ya müsahibəsi - Vamiq müəllim, karantin günlərini necə keçirirsiniz, adaptasiya ola bilirsiniz? - Ağır olsa da yaşayırıq. Çünki ümumi gələn zavaldır, dözməliyik. Mən arada özümü danlayıram ki, nahaq yerə bu qədər yaşadım, cavan olsaydım, çıxıb
19:31 Toylar təxirə salındı, bəs restoranlara verilən behlər necə olacaq? - REPORTAJ Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. Bəs görəsən, toy tarixini
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
15:02 Böhran toylardakı israfçılığı aradan qaldıra biləcəkmi... Ölkəmizdə toylara çəkilən xərc orta aylıq maaşın 9,7 mislinə bərabərdir Xeyli müddətdir ki, ölkədə toy böhranı yaşanmaqdadır. Araşdırma zamanı məlum olub ki, əvvəllər bir ay ərzində ən azı 20 toy sifarişi alan şadlıq sarayları indi cəmi 8-10 sifariş ala bilir. Nəticədə şadlıq evlərində çoxlu sayda
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az