t s

» » Fateh Əmir Teymurun xəzinəsi: əfsanələr, rəvayətlər, həqiqətlər

Fateh Əmir Teymurun xəzinəsi: əfsanələr, rəvayətlər, həqiqətlər

17-05-2020, 15:44 Yazar:  Samir Baxılıb: 851 Çap et
Fateh Əmir Teymurun xəzinəsi: əfsanələr, rəvayətlər, həqiqətlər
Böyük sərkərdə və hökmdarın ağlagəlməz var-dövləti artıq neçə əsrlərdir ki, xəzinəaxtaranların başını dumanlandırır

Bəşər tarixinin məşhur fatehlərindən biri Əmir Teymur 1336-cı ildə Xoca-İlqar kəndində, Özbəkistanın indiki Şəhrisəbz şəhərində dünyaya gəlmişdir. Bu böyük sərkərdənin əsl adı Teymur İbn Tarqay Barlas idi və açması Barlas nəslindən olan Tarqayın oğlu Teymur deməkdir.

Teymur uşaq yaşlarından ov etməyi və hərbi oyunları sevən, çox güclü, sağlam və fiziki cəhətdən inkişaf etmiş bir gənc idi.

Çingiz xanın dövründən böyük xan titulunu yalnız Çingizilər nəslinin nümayəndəsi daşıya bilərdi deyə, Teymur formal olaraq “Əmir – yəni rəhbər” titulunu daşıyırdı. Lakin 1370-ci ildə Teymur Qazan xanın qızı Saray – mülk xanımla evlənib Çingizilərlə qohum oldu. Bundan sonra Teymurun adına “kürəkən” mənasını verən Gurkən əlavə olundu ki, bu da ona Çingizilərin evlərində və torpaqlarında sərbəst yaşamaq və hərəkət etməyə imkan verirdi.

1362-ci ildə monqollara qarşı partizan müharibəsi aparan Teymur Siestan döyüşündə ciddi zədə aldı. Döyüş zamanı o sağ əlinin iki barmağını itirdi və sağ ayağından ağır yaralandı. Yaralar, onların ağrısı bütün həyatı boyu Əmir Teymura əziyyət vermişdir və bu səbəbdən axsadığı üçün ona hətta Teymurləng ləqəbi verilmişdir.

Bir neçə onilliklər ərzində fasiləsiz müharibələr aparan Teymur böyük bir dövlət qurmağa müyəssər olmuşdur. Mavərannəhrdən (Mərkəzi Asiyada tarixi vilayət) başlayan bu dövlətin tərkibinə İran, İraq, Əfqanıstan və bir çox başqa ölkələr daxil idi. Teymur yaratdığı dövlətə Turan adını vermişdi.

Öz hakimiyyətinin əzəmətli vaxtlarında Teymurun sərəncamında 200 minə yaxın döyüşçü var idi. Ordu eynən Çingiz xanın dövründə olduğu kimi təşkil edilmişdi – onluqlar, yüzlüklər, minliklər, həmçinin tümənlər - 10 minliklər. Ordudakı qaydalara və onun bütün vasitələrlə təminatına xüsusi orqan rəhbərlik edirdi ki, bu da indiki Müdafiə Nazirliyi kimi bir qurum idi.

Fateh Teymurun təhsili yox idi və gənclik illərində hərbidən başqa heç bir təhsil almamışdı. Lakin, buna baxmayaraq, o çox istedadlı və bacarıqlı insan idi. Salnamələrdə göstərildiyi kimi, Teymur bir neçə dil bilirdi, alimlərlə söhbət etməyi sevirdi və onlara tarixi əsərləri oxumağı əmr edirdi. Çox əla yaddaşı vardı və alimlərlə söhbət zamanı apardığı tarixi paralellər hamını heyrətə salırdı.

Teymurun 18 arvadı vardı və onlardan daha çox Ulcay Türkan ağanı və Saray-mülk xanımı sevdiyini qeyd edirlər. Teymurun sevimli arvadları sayılan bu qadınlar da bir-birinə qohum idilər. Ulcay Türkan ağa Teymurun silahdaşlarından olan Əmir Hüseynin bacısı, Saray-mülk xanım isə onun dul qalmış arvadı idi.

1398-ci ildə Çini fəth etməyə hazırlaşan Teymurun bu ölkəyə yürüşü 1404-cü ildə başladı. Tarixdə tez-tez olduğu kimi, çinliləri də təsadüf xilas etdi – yenicə başlayan hərbi yürüşlər vaxtından tez gələn və olduqca soyuq keçən qış səbəbindən dayandırıldı. 1405-ci il yanvarın 19-da isə
Teymur xəstələnib vəfat etdi.

Beləcə fateh sərkərdə Əmir Teymur 68 yaşında həyatla vidalaşdı. Lakin onun ölüm xəbərindən sonra sərkərdənin cənazəsi də, topladığı xəzinə də yoxa çıxmışdır. O vaxtdan uzun əsrlər keçsə də iki sirr nə xəzinəaxtaranları, nə də tədqiqatçıları rahat buraxırdı: Əmir Teymurun məzarı haradadır və onun müxtəlif mənbələrdə xatrılanan saysız- hesabsız xəzinəsini harada axtarmaq lazımdır? Doğrudur, alimlər və arxeoloqlar birinci sirri açmağa müyəssər oldular. Amma hökmdarın ağlasığmaz sərvətinin yerini tapmaq hələ də heç kimə nəsib olmamışdır.

Əmir Teymurun taleyi də eynən fateh Çingiz xanın həyatını xatırladır. Bunun səbəbi ondadır ki, Teymur Çingiz xanın vurğunlarından idi və çalışırdı ki, bütün işlərdə ona çatsın. Lakin Teymur xan çox mürəkkəb və ziddiyyətli insan kimi böyüdü. Böyük fateh insanların xatirəsində çox qətiyyətli və barışmaz, eyni zamanda, əzazil və qaniçən hökmdar kimi qalmışdır.Tarixdən məlumdur ki, sərkərdə xəzinə toplamaq üçün Daşkəndə hücum etmiş, buradan İrana və Hindistana yürüş etmişdir.

Tarixi şəxsiyyət olan Teymur xanın xəzinəsini sonrakı əsrlərdə yaşamış hökmdarlar da çox axtarmış, ancaq heç nəyə nail ola bilməmişlər. Xüsusilə SSRİ-nin rəhbərlərindən biri İosif Stalin xanın xəzinəsi ilə çox maraqlanmışdır. Qlobal müharibənin yaxınlaşdığı bir dövrdə böyük rəhbər ordunun silahlandırılması üçün pula və döyüş ruhunun qaldırılması üçün qəhrəmanlara böyük ehtiyac hiss etmişdi.

1941-ci ildə böyük hökmdar və fatehin məqbərəsində tədqiqat işləri başladı. Elmi araşdırmalardan əlavə, tədqiqatçıları həm də maddi tərəf maraqlandırırdı. Bir çox tarixi mənbələrdə təsdiq edilirdi ki, Teymurləng ələ keçirdiyi ərazilərdən çoxlu var-dövlət, sərvət toplayırmış. Qızıl və qiymətli daş-qaş isə SSRİ-nin müharibəyə hazırlaşmasına çox lazım idi.

1941-ci ilin iyununda xüsusi komissiya Teymurilərin Səmərqənddəki mavzoleyinin yerləşdiyi ərazilərdə arxeoloji qazıntılara başladılar. Həmin dövrdə Teymurləngin dəfn yeri haqqında bir neçə versiya var idi. Onlardan birində fatehin nəşinin onun doğma şəhəri, indi Şəhrisəbz adı verilmiş Keşdə torpağa tapşırıldığı göstərilirdi. Bir başqa versiyada isə nəşin Səmərqənddə Gur-Əmir məqbərəsində olduğu bildirilirdi. Hər iki versiya mənbələrdəki yerlərə tam uyğun gəlirdi. Belə bir versiya söylənir ki, İosif Stalin tədqiqatların Səmərqənddəki mavzoleydən başlanmasına şəxsən göstəriş vermişdir. Komissiyaya tanınmış şərqşünaslar, antropoloqlar, NKVD-nin nümayəndələri və çəkiliş qrupu daxil idi.

Qəbir açılanda aydın oldu ki, böyük sərkərdənin cənazəsi mumiyalanmış, nadir növ ağacdan hazırlanmış və gümüşü parça ilə bəzədilmiş tabuta qoyulmuşdur. Cənazənin qalıqlarından görünürdü ki, Teymurləngin boyu hündür, başı da bir qədər böyük olmuşdur. Arxeoloqlar nəşi tədqiq edərkən müəyyən etmişlər ki, meyitin sahibinin onurğa fəqərələrindən biri deformasiya olunmuş, baldır sümüyü sınmışdır. Əmirin axsamağının və Teymurləng adı almasının da səbəbi bunda idi.

Xalq arasında belə fikir vardı ki, qəbiri açmaq olmaz. Açılarsa bütün dünyada müharibələr başlayacaq. Lakin SSRİ-də belə “mövhumat”a kim inanırdı ki? Ona görə də NKVD 21 iyun 1941-ci ildə qəbiri açdı.

Deyəsən vəsiyyət düz çıxmışdı və bundan bir gün sonra, Hitlerin komandanlıq etdiyi alman faşist qoşunları SSRİ-yə hücum etmişdilər. Bunun qəbrin üstündəki vəsiyyətlə nə qədər bağlı olduğunu demək çətindir. Ancaq tədqiqatçılar buna məhəl qoymayaraq, müharibə səbəbindən axtarışları dayandırsalar da Teymurləngin sümüklərini özləri ilə aparırlar.

Ekspedisiyada iştirak edən yerli arxeoloq-tədqiqatçılardan biri Malik Qəyyumov isə hesab edirmiş ki, Əmir Teymurun sümüklərini yerinə qaytarmaq lazımdır. Lakin onun sözünə baxan kim idi ki?! Yalnız İosif Stalin məsələdən xəbər tutandan sonra bu iş öz həllini tapdı. Ekspedisiya təşkil ediləndən bir il sonra onun üzvləri dahi rəhbərin göstərişi ilə fateh Teymurun cənazəsinin qalıqlarını Səmərqənddə öz qəbrində yenidən dəfn etdilər.

Bütün bunlarla yanaşı, tədqiqat işlərinin nəticələri haqqında hesabatda deyilirdi ki, məqbərədə heç bir şəxsi əşya aşkar edilməmişdir. Qazıntı işləri zamanı da hər hansı qiymətli əşyanın aşkar edilməsi haqqında bir xəbər verilmirdi. Yəqin ki, belə də olmuşdur, çünki məqbərəni əvvəllər də bir neçə dəfə açmışdılar. Məsələn, XV əsrdə Teymurləngin oğlu Şahruxun əmri ilə, sonra isə onun nəvəsi Uluqbəyin ölümündən sonra məqbərəni açmışdılar.

Digər tərəfdən, fateh xəzinəsinin izi hətta Azərbaycana, qədim Naxçıvan torpağındakı Əlincə qalasına gəlib çıxmışdır. Tarixlərə şahid olan qədim Əlincə qalası Naxçıvanın dağlıq ərazisində yerləşir. Əsrlərlə müxtəlif xalqların orduları bu qalaya hücum etmiş, qala on dəfələrlə mühasirəyə alınmış, amma heç zaman təslim olmamışdı. Teymurləngin 40 minlik qoşunu 1386-cı ildə qalaya hücum edir. Qalanın müdafiəçiləri 14 il müqavimət göstərir. 1399-cu ildə qala təslim olur.

Yerli rəvayətlərdə deyilir ki, qalanın alınmazlığını görən Teymurləng buranı öz xəzinəsi üçün saxlanc yeri seçir. Xəzinə dar bir tuneldə gizlədilir və saxlanca girmək üçün bir neçə maneəni dəf etmək lazım gəlirmiş.

Sovet ekspedisiyası 1930 və 1953-cü illərdə bu qalada və onun yerləşdiyi dağda da tədqiqat işləri aparmışdılar. Yaşlı nəslin nümayəndələri danışırmış ki, bu yerləri bir neçə dəfə vertolyotla uçaraq axtarışlar aparmışlar. Nəticədə həqiqətən dağda çapılmış tunellər aşkar edilmişdir. Ancaq bunlar dar gündə yağış suyunun toplanması üçün düzəldilmişdi. Beləliklə, burada da heç nə tapılmamışdır. Xəzinəaxtaranlar bununla işi bitmiş hesab etmir və bildirirlər ki, lazım olan tuneli tapa bilməmişlər. Bu bəlkə də onların xeyrinədir, çün0ki, əfsanəyə görə Teymurləngin xəzinəsini kim axtararsa və taparsa, onu ölümcül xəstəlik gözləyir.

Müasir nəslin nümayəndələri danışırlar ki, Əlincədə kimlər Əmir Teymurun xəzinəsini axtarmağa başlayırsa, ağır xəstəliyə tutulub ölürlər. Belə heyrətamiz hadisə 1953-cü ildə Ukrayna alimi Gennadi Girenkonun başına gəlmişdir. Alim tədqiqat adı ilə fatehin xəzinəsini axtarmağa başlayır. Ancaq bir nəticə hasil olmur. 27 il sonra alim xəstəlikdən zülm çəkə-çəkə ölür. Analoji nümunələr çoxdur.

Ancaq bu günə qədər Əmir Teymurun sərvəti hesab olunan və ona məxsus olduğu sübut edilən yeganə sərvət böyük yaqut daşdır. Nə vaxtsa Teymurləngin xəzinəsini bəzəyən və çəkisi 361 karat olan yaqut daşı sonralar fatehin zəbt etmək üçün yürüş etdiyi Hindistanda Britaniya imperiyası ələ keçirmişdir.

Belə ki,Teymurdan sonra yaqut daş Şərqin böyük astronomu və Əmir Teymurun nəvəsi Mirzə Uluq bəyə çatır. Sonra o, Tac-Mahalı tikdirmiş Böyük Babur şahı Ceyhana çatmışdır. Şah bu qiymətli daşı öz əmri ilə 1629-cu ildə Hindistanın paytaxtı Dehlidə düzəltdirdiyi və zərgərlik sənətinin ən qiymətli incisi sayılan Tovuzquşu taxtına vurdurur. 200 ildən artıq davam edən müxtəlif müharibələrdə taxt yaqut qaşla birlikdə bir çox hökmdarların xəzinəsini gəzir. İranda, Əfqanıstanda və yenidən Hindistanda olur.

1848-ci ildə ingilis müstəmləkəçiləri Hindistanı işğal etdikdən sonra bütün xəzinə Ost-Hindistan şirkətinin mülkiyyətinə keçir. Tovuzquşu taxtını bəzəyən daş-qaşlar çıxarılıb metropoliyaya yola salınır. Gəmi İngiltərəyə üzəndə yolda batır və tovuzquşu taxtı da dənizin dibinə gedir. Əmir Teymurun yaqut daşı isə salamat şəkildə Dumanlı Albiona çatır və təmtəraqla klraliça Viktoriyaya təqdim edilir. Hazırda Britaniya taxt-tacının reqaliyası sayılan Əmir Teymurun yaqut daşı Bukingem sarayında qorunub saxlanılır.

Buna baxmayaraq, məşhur fatehin xəzinəsinin elə monumental artefaktları var ki, onları çətin hansısa saxlancda gizlədə bilsinlər. Axı o öz dövrünün ən məşhur və nəhəng arxitektura abidələrini tikdirmişdir. Bibixanım adı verdiyi cümə məscidi, Səmərqənddə Gur-Əmir mavzoleyi və ya bu gün də dağıntılarının belə möhtəşəmliyi adamı heyran edən Şəhrisəbzdəki Ağ-Saray fateh sərkərdə Əmir Teymurun məhz belə xəzinələrindəndir.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az