t s

» » Şəhriyar Məmmədyarov xatirə turnirində ardıcıl 3 qələbə qazanıb

Şəhriyar Məmmədyarov xatirə turnirində ardıcıl 3 qələbə qazanıb

16-05-2020, 08:20 Yazar:  Samir Baxılıb: 66 Çap et
Şəhriyar Məmmədyarov xatirə turnirində ardıcıl 3 qələbə qazanıb
İlk dünya çempionu Vilyam Steynitsin xatirəsinə həsr olunan onlayn şahmat üzrə beynəlxalq turnirin ilk oyun gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turnirdə qüvvəsini sınayan 10 şahmatçı 6 turda qüvvəsini sınayıb.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov turnirə uğursuz başlayıb. Çinli Bu Sanji ilə heç-heçənin ardından qrossmeysterimiz rusiyalı Danil Dudov və dünya çempionu norveçli Maqnus Karlsenə uduzub.

Bundan sonra toparlanan Şəhriyar ardıcıl 3 qələbə qazanıb. O, rusiyalı Peter Svidler, vyetnamlı Le Kuanq Lyen və ABŞ təmsilçisi Ceffti Xionqa qalib gəlib.

Beləliklə, şahmatçımız günü 6 mümkün xaldan 3,5 xalla başa vurub. O, ilk gündən sonra 4-cü pillədə yer alıb. Yarışın lideri Karlsenin 4, Dudovla Sanjinin hərəyə 3,5 xalı var.

Qeyd edək ki, mayın 16-17-də şahmatçılar daha 6 turun görüşlərini keçirəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:35 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb. Report-un məlumatına görə, yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı qrossmeyster xallarını 10,5-ə çatdırıb. Onun son turda heç-heçə etdiyi
23:56 Şahmatçımız dünya çempionunu məğlub etdi və turnirin qalibi oldu İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov IX turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə
11:07 Şəhriyar Məmmədyarov: "Bizim şahmatçılar Avropa ölkələrində yaşasaydılar...." - MÜSAHİBƏ Mediaxeberleri.az Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarovun Apasport.az saytına müsahibəsini təqdim edir: - Yığmamız Yunanıstanda keçirilən Avropa çempionatında 3-cü dəfə qitənin ən güclüsü tituluna sahib çıxdı. Bakıya qızıl medalla qayıdacağınıza hansı turdan sonra inandınız? -
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
00:32 “ShamkirChess 2015” beynəlxalq superturnirin açılış mərasimi oldu Aprelin 16-da Şəmkirdə Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sayca ikinci “ShamkirChess 2015” beynəlxalq superturnirin açılış mərasimi keçirilib. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan turnirdə əvvəlcə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az