t s

» » Sabir Məmmədovdan milyard yarımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı - Qurani Kərimin səsləndirilməsi

Sabir Məmmədovdan milyard yarımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı - Qurani Kərimin səsləndirilməsi

15-05-2020, 20:57 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 889 Çap et
Sabir Məmmədovdan milyard yarımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı - Qurani Kərimin səsləndirilməsi


Azərbaycan Respublikasının xalq artisti, aktyor, bir çox filmləri məharətlə səsləndirən Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub.

Mediaxeberleri.Az xəbər verir ki, 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov, teatrın səhnəsində aşağıdakı rolları ifa edib:


Xoşbəxt adam (“Park”, Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Hüseyn (“Bəxt üzüyü”, Vaqif Səmədoğlu), Toğrul (“Uca dağ başında”, Vaqif Səmədoğlu), Xəlil (“Müvəqqəti ər”, Rəşid Nuri Güntəkin) və s.

Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində isə Səfər (“Gecə döyülən qapılar”, Nəbi Xəzri), Kumar (“Qanqın böyük dalğası”, C.Əfruz), Fərman (“Yalan”, Sabit Rəhman), Şahmar (“Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev), Saday bəy (“Hökmdar və qızı”, İlyas Əfəndiyev), Akkanad (“Sokratı anma gecəsi”, Çingiz Aytmatov), İlus (“Burla xatun”, Nəbi Xəzri), Teymur ağa (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Novruz bəy (“Aydın”, Cəfər Cabbarlı), Sarvan (“Bu dünyanın adamları”, Hidayət), Şair (“Kəllə”, Nazim Hikmət), Horatsio (“Hamlet”, Uilyam Şekspir), M.Ə.Sabir (“Hərənin öz payı”, X.Qoca), Dulu Xaqan (“Özümüzü kəsən qılınc”, Bəxtiyar Vahabzadə), Yavuz (“Afət”, Hüseyn Cavid), Oğlan (“Qatil”, Elçin), İsgəndər (“Ölülər”, Cəlil Məmmədquluzadə), Seyid Hüseyn (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Rəşad (“İkinci səs”, Bəxtiyar Vahabzadə), Fərəc (“Boy çiçəyi”, İlyas Əfəndiyev) rollarını canlandırıb.

O, “Kamança” (Əbdüləli), “Qaçaq Süleyman” (Murad), “Yağışdan sonra” (Əmin), “Apardı sellər Saranı” (İgid), “Qırmızı qar” (Əsgər) teletamaşalarına və “Babamın babasının babası” (Tapdıq), “Tezə evlənənlər” (Rüstəm) bədii filmlərinə çəkilib.

Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2018-ci ildə isə Azərbaycan Respublikasının xalq Artisti fəxri adını qazanıb.

2005 və 2012-ci illərdə Prezident Mükafatına layiq görülüb.







www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az