t s

» » “Baku Fires” Puerto Riko komandasını da məğlub edib

“Baku Fires” Puerto Riko komandasını da məğlub edib

22-02-2015, 02:15 Yazar:  Aygün Baxılıb: 832 Çap et
“Baku Fires” Puerto Riko komandasını da məğlub edibBu gün Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə ilk döyüş Elvin Məmişzadə (52 kq, “Baku Fires”) və Xavyer Çintron Okasio (“Puerto Riko Hurricanes”) arasında keçirilib. Bu mübarizədə rinqi Puerto Rikolu boksçu qalib tərk edib.

Növbəti döyüşlərdə Albert Səlimov (60 kq) Angel Lopesə, Pərviz Bağırov (69 kq) Flaz Niklausa, Soltan Migitinov (81 kq) Cozef Laboya, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Enrike dos Santosa qalib gəlib.

Ümumdünya Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və "USA Knockouts" klubları ilə gücünü sınayacaq.

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaqlar.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:40 Azərbaycan ilk dəfə Dünya Kubokunun qalibi oldu - (Video) Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub. Mediaxeberleri.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,
14:51 Dünya liqası: Azərbaycan Fransadan öndədir Bu, yığmamızın Uruqvay turnirində ikinci qələbəsidir. Uruqvayın paytaxtı Montevideoda ot üzərində xokkey üzrə qadınlar arasında Dünya liqasının 2-ci raundunun oyunları davam edir. Mediaxeberleri.az xəbər verir ki, ikinci matçda Azərbaycan yığması Fransanı məğlub edərək 3:2 hesabı ilə qalib gəlib.
11:18 Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş əfsanəvi «KÜR» komandası Gördüyünüz bu futbol komandası 1987-1990-cı illərdə Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş, onu nəinki rayonda, hətta zona və respublika turlarında uğurla təmsil etmiş KÜR komandasıdır. Onların ən böyük uğuru 1989-cu ilin fevralında Qazaxda keçirilən rayon çempionatının final mərhələsində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az