t s

» » “Rüşvət vermək nə gözəl şeymiş...”

“Rüşvət vermək nə gözəl şeymiş...”

15-05-2020, 12:12 Yazar:  Samir Baxılıb: 17 Çap et
“Rüşvət vermək nə gözəl şeymiş...” “Ömrümdə bir dəfə rüşvət vermişəm”.

Mediaxeberleri.az xəbər verir ki, bunu publisist, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca deyib. O, bildirib ki, yayda, 38 dərəcə istidə sağlamlıq haqqında arayış almaq üçün poliklinikaya gedib:

“Ürəyim də ağrıyır. Ayaq üstə durmağa taqətim qalmamışdı. 7-8 həkimdən necə keçim? İstədim baş həkimdən xahiş edim, tez versinlər, o da hələ gəlməmişdi.

Dedilər baş həkimi neynirsən, get 10 nömrəli otağa, arayışını al. Getdim, içəri girən kimi cavan bir qız soruşdu: "Arayış lazımdır?" Dedim, bəli. Qız qorxu-hürküsüz dilləndi: "20 manat!" Sevindim! 50 manat da istəsə, verəcəkdim...

Pulu verən kimi, möhürlü arayışı verdi mənə. Öz-özümə fikirləşdim ki, ömrüm boyu adi işlər üçün o qədər qapılarda qalmışam ki! Rüşvət vermək nə "gözəl" şeymiş... İşim bir dəqiqədə düzəldi!

Bu təəssüratla evə gəlib, bir kiçik satira yazdım. Axırını belə bitirdim: "Rüşvət vermək nə gözəl işdir! Pulunuz varsa, vaxtında rüşvət verin, işinizi düzəldin. Mənim kimi aylarla, illərlə qapılarda gözləməyin".

Yazdığımı da kitabımda çap etdirdim”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:13 “Rüşvət vermək nə gözəl şeymiş...” “Ömrümdə bir dəfə rüşvət vermişəm”. Mediaxeberleri.az xəbər verir ki, bunu publisist, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca deyib. O, bildirib ki, yayda, 38 dərəcə istidə sağlamlıq haqqında arayış almaq üçün poliklinikaya gedib: “Ürəyim də ağrıyır. Ayaq üstə durmağa taqətim
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
13:30 “Prezidentə göndərilən məktublar Əli Həsənov tərəfindən gizlədilirdi” — Rəsmi qəzet sabiq köməkçini "TOPA TUTDU" Azərbaycan Prezidentinin İşlər İdarəsinin təsisçisi olduğu "Respublika" qəzetində ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan bəhs edən tənqidi məqalə dərc edilib. Mediaxeberleri.az xəbər verir ki, "Bumeranq" adlanan məqalədə Əli Həsənov və onun uzun
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az