t s

» » Ələddin Kəsəmənli: İnsanlığını, dinini, imanını itirənlər - Növbə kimindir?

Ələddin Kəsəmənli: İnsanlığını, dinini, imanını itirənlər - Növbə kimindir?

15-05-2020, 02:05 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 217 Çap et
Ələddin Kəsəmənli: İnsanlığını, dinini, imanını itirənlər - Növbə kimindir?
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və bir neçə gün bundan qabaq isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi…

İcra başçılarının ardınca sıra nazirliklərə çatıb. Hər gün yeni bir rayonun icra başçısı, dövlət məmuru saxlanılaraq cinayətə cəlb olunur. Baş verən bu hadisələr əlbəttə çox ciddi təəssüf doğurur. Ona görə ki, bəzi məmurlar öz işlərini ölkədə gedən yeniliyin, inkişafın məntiqinə uyğun qura bilmir, ya da qurmaq istəmirlər. Fakt göz qarşısındadır. Korrupsiya, rüşvətxorluq belə insanların həyat tərzinə çevrilib? Bu insanlar öz nəfsi qarşısında aciz və tamahlarının qurbanıdırlar.

Prezident İlham Əliyev hər çıxışında vəzifəli şəxslərə kəskin şəkildə bildirir ki, toxunulmaz məmur, icra başçısı yoxdur. Hər bir dövlət məmuru vətəndaşlara ləyaqətlə, sədaqətlə xidmət etməli və vətəndaş amilini hər şeydən üstün tutmalıdırlar. Lakin yerlərdəki səlahiyyətli nümayəndələr Dövlət başçısının bu tapşırığına görəsən niyə əməl etmirlər? Məhz onlara ünvanlanan bu əmr və göstərişin məsuliyyətini doğrudanmı hiss etmirlər? Öz cirkin əməlləri ilə dövlət başçısının fəaliyyətinə də kölgə salmağa çalışan bu “ziyanlı məmurlar” həqiqətən ciddi cəzaya layiqdirlər. Var dövlət hərisliyi o qədər gözlərini bağlayıb ki, insanlığı itirməklə yanaşı dini də itiriblər, imanı da. Cənab Prezident çıxışlarının birində “Məndən qorxmursunuz, Allahdan qorxun ”demişdir.

Məmurları haqq yoluna cağırmaq üçün İlham Əliyev dəfələrlə xəbərdarlıq etdi. Lakin məmurlar üçün bu söz heç bir əhəmiyyət kəsb etmədi. Nəticə isə heç də ürəkacan olmadı. Günah və cinayət etdiyini əli qandallanıb, müttəhim kürsüsündə oturduqdan sonramı anlamalıydı dövlət məmurları? Axı Ağstafa rayonundan başlayan korrupsiyaya qarşı mübarizə əməliyyati elə o gündən həyəcan təbili çaldı. Və bu səs bütün ölkəyə yayıldı. Onu təkcə dövlət məmurları eşitmədi. Və, hələ də bədəlini ödəməkdədirlər. Azərbaycan artıq başqa bir ölkədir! Məmurlar yeni Azərbaycana adaptasiya olmağı bacarmalıdırlar. Əks halda bu yolun sonu uçruma doğru aparacaq. Növbəti korrupsiya qurbanın kimliyini zaman göstərəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:41 "Məmur ovu" davam edir - Növbə kimindir? Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az