t s

» » “O, estetik cərrah deyil, mal həkimidir” – Afaqdan güllə kimi sözlər

“O, estetik cərrah deyil, mal həkimidir” – Afaqdan güllə kimi sözlər

14-05-2020, 11:09 Yazar:  Samir Baxılıb: 142 Çap et
“O, estetik cərrah deyil, mal həkimidir” – Afaqdan güllə kimi sözlərXəbər verdiyimiz kimi 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub.

Mediaxeberleri.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə müğənni Afaq Aslan da sərt reaksiya verib. İfaçı Siruz Qoçxanini qatil adlandırıb və onun həbs edilməsini tələb edib: “Bu videoya baxan insanın ürəyi necə param-parça olmasın axı? Bu gənc qızın yerində hər birimizin övladı və ya yaxını, doğması ola bilər! Bu qaçılmazdır... Amma mənə maraqlı gələn isə həkim deməyə belə dilim gəlməyən, daşıdığı həkimlik peşəsinə böyük bir ləkə olan "estetik cərrah"(heç bir tibbi savadı olmayan mal həkimi) Siruz Qoçxani sizcə, gənc xanımların həyatlarını niyə məhv edə-edə gedir??? Bu artıq neçənci gənc xanımdır Siruz Qoçxani əməliyyat masasında öldürür və hərkəs buna susur!!! Niyə heç kim də buna heç bir reaksiya vermir? Deməli, bir il bundan öncə mən bu həkimlə bağlı bir paylaşım etdim, dərhal əl-ayağa düşərək başladı bütün jurnalistlərə pul paylamağa və mənim açıqlamamı xəbər səhifələrindən sildirməyə! Hətta öldürdüyü gənc xanımların ailələrini belə pulla susdura biləcək gücü hardan alır bu Siruz bəy, çox maraqlıdır! Kimə güvənir? Bəs bu qədər insanların həyatına son qoyur niyə hüquq mühafizə orqanları həbs etmir bu qatili? Bəlkə, bunun bizim millətlə nəsə bir şəxsi qərəzliyi var deyə cavan-cavan qızları öldürə-öldürə gedir?! Yəqin ki, Siruz bəy ölkəmizdə ermənilər tərəfindən məaliyyələşdirilən və yüksək qonorarlar müqabilində bilərəkdən sifarişli şəkildə həmyerlilərimizi öldürən bir fiqurdur! Məncə, hüquq mühafizə orqanları Siruz Qoçxani barəsində ciddi araşdırma aparmalıdır görək arxasında kim dayanır bu Siruz bəyin? Kimə güvənir? Və millətimizi qırıb batırmaqda məqsədi nədir? Kimdir görəsən bu həkimi məaliyyəşdirib həbs olunmasına imkan verməyən? Bu həkimə bilirsiniz nə etmək lazımdır? Dövlət başçısının xüsusi götərişi ilə DTX-nın keçirməkdə olduğu həbs qəti imkan tədbirləri nəticəsində millətimizin qanını içən və dövlətə xəyanət edən icra başçılarının həbsə salındıqları dustaqxanada Siruz Qoçxaniyə də bir kamera hazırlatmaq lazımdır ki, bütün cəmiyyətə də örnək olsun ki, belə dırnaqarası həkimlərin yeri xəstəxana yox həbsxanadır”.

Qeyd edək ki, ölüm may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb. Əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə onun üzərində gluteoplastika-popo şəkilləndirmə əməliyyatı keçirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az